Axtarış...

Rəşad Tağıyev BŞTİ-ni necə çökdürür? - "Qara qüvvələrin" "köstəbək" əməliyyatları

Rəşad Tağıyev BŞTİ-ni necə çökdürür? - "Qara qüvvələrin" "köstəbək" əməliyyatları

Prezident İlham Əliyevin keçirdiyi son iqtisadi müşavirədə verdiyi mühüm mesajlar ciddi rezonans doğurub. Xüsusilə məmurların fəaliyyətində yol verdikləri nöqsanlar, şəxsi maraqları naminə bir çox hallarda dövlət maraqlarını belə qurban verməsi barədə səsləndirilən iradlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Dövlət başçısının etimadından sui-istifadə edən belə məmurların fəaliyyəti narazılıq doğurur,insanlarda dövlət qurumlarına qarşı etimadsızlıq formalaşdırır.

Müşavirədə prezidentin səsləndirdiyi ən ciddi ittihamlardan biri məmurların digər həmkarları,eləcə də dövlət qurumları barəsində mediaya kompromat tipli məlumatlar ötürməsi, KİV-lərdən istifadə edərək digərlərini gözdən salması haqqında dediyi sözlərdir. Sirr deyil ki,uzun illər belə əməllərin şahidi olmuşuq.

KİV-lərdə tez-tez təhsil sahəsi,xüsusilə paytaxt məktəbləri,eləcə də BŞTİ haqqında tənqidi məlumatlara rast gəlinir. Əlbəttə,ilk baxışdan təbii görünsə də bu tənqidlərin arxasında heç də təhsilə olan böyük sevgi və can yandırmaq istəyi durmur. Aldığımız məlumatlara görə, mediaya sızdırılan məlumatların arxasında elə BŞTİ-nin məsul əməkdaşları-konkret olaraq idarənin hazırki rəhbəri Rəşad Tağıyev və ona yaxından köməklik göstərən "gözəgörünməz qüvvələri" idarə edənlər durur. R.Tağıyevin bu “məhsuldar” fəaliyyəti hələ Məhəbbət Vəliyevanın BŞTİ-nə rəhbərlik etdiyi dönəmdən başlayıb. Məhəbbət xanımın idarəyə rəhbərlik etdiyi vaxt mediada tirajlanan tənqidi materiallar, onun imicinə zərbə vuran qeyri-obyektiv informasiyalar məhz R.Tağıyev tərəfindən sızdırılıb. Vəzifəyə Elnur Əliyev tərəfindən gətirilməsinə baxmayaraq daha “uzaqgörən siyasət” yürüdən R.Tağıyev BŞTİ,eləcə də paytaxt məktəbləri, direktorları barəsində kompromat xarakterli məlumatları gizli olaraq özünə yaxın adamların vasitəsilə media qurumlarına ötürüb. Eyni funksiyada müdirindən heç də geridə qalmayan BŞTİ-də "qara qüvvələr" bu gün də öz ampulasındadır.

Bu "qara qüvvələrin" fəaliyyətini dərindən analiz etsək görərik ki, onların əsas funksiyası elə BŞTİ-nin ictimaiyyətlə əlaqələrini, dövlətin kadr siyasətini obyektiv, tam şəffaf aparılmasını əngəlləməkdir. Düzdür, bu "qara qüvvələr" bu postlarda özlərinə əməlli-başlı əlaqələr qurmağa müvəffəq olublar. Amma,bu əlaqələrin nə təhsilimizə , nə Təhsil Nazirliyinə, nə də dövlətimizə heç bir dəxli və xeyri yoxdur. Bu "qara qüvvələr" Təhsil naziri, onun müavini M.Vəliyeva, eləcə də digər yüksək vəzifəli məmurlar barəsində, həmçinin paytaxt məktəbləri,onların direktorları haqqında kompromat tipli məlumatları mediaya sızdırmaq sahəsində “əvəzsiz mütəxəssisdirlər”. Bu sahədə mediada əməlli-başlı şəbəkə də formalaşdıra biliblər. Mediada son vaxtlar paytaxtın bir çox nüfuzlu məktəbləri barəsində verdikləri məlumatlardan çoxları istifadə edib, “çörək qazanıb”. Verdikləri məlumatların ciddiliyini nəzərə alaraq ciddi bir dövlət qurumuna rəhbərlik edən şəxslərin repartyor xidmətindən təbii ki, heç bir KİV imtina etməz. Amma, bunun Azərbaycan təhsilinə, onun nazirliyinə və nazirinə zərrə qədər də xeyir gətirmədiyinin də fərqindəyik. Sonda ölkənin ən hörmətli və sabiq naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, bir vaxtlar təhsilimizə paz edilən Rəşad Tağıyevə öz ixtisasına uyğun münasib bir iş versin. Əks təqdirdə Mikayıl Cabbarov hər nə qədər öz sahəsində dövlətçiliyimizə xeyr verirsə Rəşad Tağıyev də ölkənin təhsil siyasətinə bir o qədər zərər verir.
Hal-hazırda mövzu ilə bağlı ciddi araşdırmalar aparırıq. Tezliklə oxucularımızı bu barədə ətraflı məlumatlandıracağıq.

PS. 1.BŞTİ-nin "köstəbək" funksiyalarını yerinə yetirən məsul şəxs kimdir?
2. Paytaxtın nüfuzlu məktəblərindən mediaya saxta informasiyalar ötürən şəxsin kimliyi və audio səs yazısı.
3. BŞTİ-nin əməkdaşları Sevinc xanım və Zəminə xanımdan mediaya ötürülən məlumatlar kimlərin maraqlarına xidmət edib?
Rubrika.Az


Daha çox xəbər

Şərh yaz