Axtarış...

Ağsuda Bələdiyyə Sədri Vətəndaşların Ailəsini Dağıdır - İDDİA



Millitv.az Redaksiyamıza müraciət edən Ağsu rayon Çiyni kənd sakini Səadət Mehdiyeva bir neçə ildir ki,yaşadıqları kəndin Bələdiyyə sədri Teyyub İsmayılov onların ailəsinin başına olmazın müsibətlər gətirdiyini bildirdi.

Ağsu rayonu Çiyni kəndinin Bələdiyyə sədri Teyyub İsmayılov Çiynidə “at oynadır!”



Səadət Mehdiyevanın bizə bildirdiyinə görə , Ağsu rayonunun Çiyni kənddində yaşayan baçısı Mehdiyeva Lətafət Ədalət qızı 2004-cü ildə xalası oğlu Seymur İsmayılovla ailə həyatı qurublar və onların bu evlilikdən 2 - oğlan övladlarının dünyaya gəlibdir. Bacısının həyat yoldaşı Seymurla birgə yaşadıqları müddətdə, ailələrinin maddi sıxıntıda yaşadığı üçün Seymurun yaxın qohumları evliliyə etdikləri müdaxilələr ər-arvad arasında münaqişəyə və bir ailənin dağılmasına səbəb olub. Mübahisələr sonda Lətafətin, əri Seymur İsmayılov tərəfindən döyülməsinə, şiddətə məruz qalmasına gətirib çıxarıb.

Münaqişənin dərinləşdiyini görən Lətafət həyat yoldaşından boşanmaq üçün Ağsu rayon məhkəməsinə müraciət edib. Məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən onların arasında bağlanmış nikaha son qoyulub.Təssüflər olsun ki, dağılmış ailə sonradan yenə də bir yerdə yaşamağa məcbur olmuşlar. S.İsmayılov boşandıqdan sonra da ailəsinə rahatlıq verməmişdir. O , 14 yaşlı böyük oğlunu doğma anası ilə üzbəüz qoymuşdur. Ailə dağılmamışdan öncə SOCAR-in Vitse Prezidenti Mikayıl İsmayılov Seymura fərdi mənzil tikintisi məqsədiylə 60.000 manat pulu hissə-hissə vermişdir. Seymur həmin pulun 30.000 manatını qardaş-bacısına pay vermiş, bir hissəsinə isə torpaq alaraq təmirsiz ev tikdirmiş, digər hissəsini isə başqa məqsədlər üçün istifadə etmişdir.

Səadət Mehdiyevanın bildirdiyinə görə Çiyni kənd Bələdiyyəsinin sədri Teyyub İsmayılov qanuna zidd oilaraq əmisi Seymura torpağın dəyərindən qat-qat baha qiymətinə satmışdır. T.İsmayılov vəzifəsindən sui-istifadə etməklə Seymurun keçmiş həyat yoldaşı Lətafət xanıma dəfələrlə hədə qorxu gəlmiş, atası ilə birgə onu döymüş, işgəncələr vermişdir.

Ağsu rayon polis idarəsində və rayon prokurorluğunda araşdırmalar aparılmış və döyülmə faktı ilə ekspert təyin olunub. Təssüflər olsun ki, Teyyub İsmayılov, Ələbbas İsmayılov, Seymur İsmayılov bu sınaqdan da “alni açıq üzü ağ” çıxmışlar.Teyyub müəllim Lətafətdən tələb etmişdir ki, evi tərk etsin. O, əks halda Lətafəti yaşadığı kənddən qovub çıxaracağı ilə hədələmişdir. Lətafət xanım və onun doğmaları şikayət edəcəklərini dedikdə, Teyyub İsmayılov bildirmişdir: “mən heç kimdən qorxmuram, çünki burda dövlət mənəm, istədiyimi də edə bilərəm.” S.İsmayılov bələdiyyə sədri vəzifəsində çalışan T. İsmayılovla razılığa gələrək Lətafətin bacısı Ağsu rayon bələdiyyəsində çalışan Səadət Mehdiyeva haqqında 40.000 min (qırx min) manat məbləğində mənəvi təzminat alması üçün rayon məhkəməsinə müraciət etmişdir.Redaksiyamıza müraciət edən Səadət Mehdiyeva ona qarşı qaldırılan iddianın əsassız olduğunu qeyd etdi.

Çiyni kəndində baş verən özbaşınalıqların aradan qaldırılması üçün bizdən yardım istədi.Hörmətli izləyicilərimiz, Səadət Mehdiyevadan alınmış müsahibəni sizlərə təqdim edirik.Ümüdvarıq ki, aidiyyəti orqanların rəhbərləri haqqı ədalətin araşdırara kimin haqlı, kimin haqsız olduğunu ortaya cıxaracaq


DAHA ƏTRAFLI VİDEO MÜRACİƏTİ İZLƏ







Şamil Sabiroğlu,
Rövşən Qasımov.




Şərh yaz