Axtarış...

Paşinyanı gözləyən sürpriz - “Aprelə kimi...” - GƏLİŞMƏ

Paşinyanı gözləyən sürpriz - “Aprelə kimi...” - GƏLİŞMƏ

“Ermənistan rəhbərliyi dörd günlük aprel döyüşlərinin araşdırılması üçün parlamentdə komissiya yaradıb. Bu komissiyanın işi 2016-ci il döyüşlərində ordunun döyüş hazırlığı, məğlub olma səbəbini araşdırmaqdır. Təbii ki, bu komissiya “inqilab lideri" Paşinyanın "Qarabağ klanı”na qarşı başladılan 2008-ci il 1 mart hadisələrinin araşdırılması cinayət təqibinin məntiqi davamıdır. 1 mart hadisələri ilə bağlı "Qarabağ klanı"na zərbə vuran Paşinyanın növbəti hədəfi bununla işğal olunmuş ərazilərdə separatçılardı”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, "Qarabağ klanı"nın əsas dayağı Qarabağdı və onlar burada toparlanmaq istiqamətində işlər aparırlar: “Gələn il qondarma qurumda keçiriləcək "seçkilərdə" yenidən rəhbərliyi öz əllərində saxlamağa çalışacaqlar. Buradakı separatçıları Paşinyan öz iqtidarına qarşı təhlükə görməklə yanaşı, onları Robert Köçəryan və Serj Sarkisyanın əsas tərəfdarları olaraq siyasi səhnədən silməyə çalışır. Parlamentdə yaradılan komissiyanın araşdırmaları Xankəndində separatçılara çatacaq. Onların istintaqa cəlb edilməsi qaçılmaz ola bilər. Komissiyanın nəticələrindən sonra Paşinyan separatçıları orduda baş verən uğursuzluğa görə ittiham edəcək və Qarabağ ermənilərini onlara qarşı qaldıracaq. Eyni zamanda aprel döyüşlərində işğal olunmuş ərazilərdə orduda müəyyən rəhbərliyi həyata keçirən separatçıları korrupsiyaya və orduda yeyintiyə görə də ittiham edəcək. Göründüyü kimi Paşinyannın daxili siyasi intriqası davam edir və öz hakmiyyətini qorumaq üçün Qarabağda öz adamlarını qondarma rəhbərliyə gətirməyi hədəfləyir. Bununla Paşinyan özünə qarşı qatı düşmən olan klanı zərərləşdirməklə, bir növ Qarabağ münaqişənin həllində hansı addımlar atacağına da işarə edir ki, bu da gələn il apreldən sonra bəlli olacaq. Aprelə kimi isə Paşinyan cəbhədən və Kremldən yeni sürprizlər gözləyə bilər”.


Daha çox xəbər

Şərh yaz