Axtarış...

İraqdakı aksiyalar zamanı 229 nəfər ölüb - BMT



BMT İraqdakı etiraz aksiyaları ilə bağlı açıqlama yayıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, açıqlamaya görə, etiraz aksiyaları başlayandan bəri yəni son bir ay ərzində toqquşmalar zamanı 229 nəfər həyatını itirib. Minlərlə insan yaralanıb.

Qeyd edək ki, nümayişçilər işsizlik problemlərinin aradan qaldırılmasını, korrupsiya hallarının araşdırılmasını və digər sosial tələblərin yerinə yetirilməsini irəli sürüb.



Şərh yaz