Axtarış...

"Bütün bu işlərin arxasında dayanan şəxslərin kimliyini gözəl bilirik" - Xaçmazda BAZAR QALMAQALI

"Bütün bu işlərin arxasında dayanan şəxslərin kimliyini gözəl bilirik" - Xaçmazda BAZAR QALMAQALI

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Nəsibovun sədrliyi ilə Xaçmaz bazarında 2007-ci ildən başlayan qovğaya “yeni nəfəs” verilib.

AzEuroNews.com xəbər verir ki, hakim Nazim Nəsibov Nəcimə Babayevanın qızı, “Arzu” Özəl Ticarət Mərkəzinin sahibi Gülnarə Həbibovanın iddiası əsasında cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin mülkiyyətçilərinə Gülnarə Həbibovanın özəl mülkiyyətində olan həmin bazarın ərazisində hasar çəkilməsinə maneçilik törədilməsinin qadağan edilməsi haqda qərardad çıxarıb. 6 avqust 2019-cu ildə çıxarılan qərardad icra olunub. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının iştirakı ilə Gülnarə Həbibova özəl mülkiyyətində olan bazarın ətrafına hasar çəkib. Bu haqda icraçılar akt tərtib edib, “Azəri Qardaşları”nın nümayəndəsi də aktı imzalayıb.

Qəradad üzrə icra işlərinin yekunlaşmasından 2 ay 20 gün sonra isə “Azəri Qardaşları” 6 avqust tarixli qərardadla bağlı məhkəmədən izah istəyiblər. Qanuna görə icra olunmuş qərardad üzrə izah verilməsi yolverilməzdir. Elə hakim Nazim Nəsibovun qərardadında da belə də yazılıb – “Qərardaddan şikayət verilə bilməz”

Amma Sumqayıt Apelyasiya Məhkəməsi qanuni bir kənara qoyub və “Azəri Qardaşları”nın izah tələbini qəbul edib. Məhkəmə iclasına “Azəri Qardaşları”ndan kimsə təşrif buyurmayıb. Əvəzində onların adından ortaya bir məktub qoyulub. Hansında ki, “Azəri Qardaşları” məhkəmənin 6 avqust tarixli qərardadın faktiki olaraq nəticəsinin ləğvini tələb ediblər.

Sumqayıt Apelyasiya Məhkəməsində həmin məktubu qəbul edib. Həmin məktubun qanuni şəkildə qeydiyyatdan keçirilməməsi Gülnarə Həbibovanın etirazına səbəb olub. Bu səbəblə onun vəkili məhkəmə tərkibinə etiraz təqdim edib. Hakim etirazı baxılmamış saxlayıb. Gülnarə Həbibovanın vəkili çıxış edərək deyib ki, 6 avqust tarixli qərardadın ləğvi qanundan kənardır. Bir daha məhkəmə tərkibinin diqqətinə çatdırılıb ki, icra olunmuş qərardadın ləğvi qanunsuzdur. Gülnarə Həbibova da çıxışında hakimin diqqətinə çatdırıb ki, qərardadın icrasından sonra faktiki olaraq ləğvi haqda qərarın çıxarılması qarşı tərəfin qanunsuz hərəkətlərinə yol açacaq və məsuliyyət məhkəmənin üzərində qalacaq: “Qarşı tərəf iddia edir ki, guya biz öz özəl mülkiyyətimizin ərazisində hasar çəkməklə onların yollarını bağlamışıq. Halbuki bizim bazarın yolu 20 Yanvar küçəsinə, “Azəri Qardaşları”nın yolu isə Mehdi Hüseynzadə küçəsinədir. Onların eni 18 metr olan giriş-çıxış qapısı var. Sadəcə bizim özəl ərazidən istifadə etmək istəyirlər. Biz isə buna qarşıyıq. Ona görə də məhkəməyə müraciət etmişik ki, qarşı tərəfin qanunsuzluğunun qarşsının alınması üçün tədbir görülsün, biz də özəl torpağımızda hasarımızı tikdirək. 6 avqust tarixli qərardadla tələbimiz təmin edilib və hasar çəkilib. Əgər bizim tələbimiz qanunsuz olubsa, məhkəməyə sədrlik edən necə qərar verib? Baxın, əlimdəki bu sərəncam özəl mülkiyyətimizin varlığını təsdiqləyir və sərhədlərini müəyyən edir. Biz bu sərhədləri hasarlamışıq. Özəl mülkiyyətimizi hasarlamışıq. Məhkəmədən də xahişimiz olub ki, qarşı tərəfin qeyri-qanuni hərəkətlərinin qarşını alsın, qadağan etsin. Məhkəmə də 6 avqustda qərardadla qadağan edib, hasar çəkmişik. Qarşı tərəf isə 2 ay 20 gün sonra həmin qərardadın ləğvini tələb edir. Bu qanunsuzluğa yol açılmasına yönəlik tələbdir”.

Bundan sonra müşavirəyə yollanan tərkib qayıdaraq qərarı elan edib. Qərara görə “Azəri Qardaşları”nın izah tələbi rədd olunub. Onların digər tələbləri – 6 avqust tarixli qərardadın faktiki olaraq ləğvi tələbləri isə təmin edilib.

Hakimin verdiyi bu qərarın nəticələrini proqnozlaşdırmaq isə çətin deyil. Gülnarə Həbibova deyir ki, qarşı tərəfin məhkəmədə belə bir tələblə çıxış etməsi atılacaq qanunsuz addımların qarşısını alan hüquqi baryerin aradan qaldırılması istəyindən doğub: “Hakim Nazim Nəsibov qarşı tərəfin əl-qolunu bağlayan 6 avqust tarixli qərardadını qanunla ləğv edə bilməzdi. Çox təəəsüf edirəm ki, belə bir savadlı hakim 2 ay 20 gün sonra verdiyi qərardadı faktiki olaraq geri oxumaq məcburiyyəti ilə üz-üzə qaldı. Bizim özəl mülkiyyətimizə qarşı baş verəcək qəsdə görə hakim də məsuliyyət daşıyır. Bütün bu işlərin arxasında dayanan şəxslərin kimliyini gözəl bilirik. Anamıza qarşı addımlar atdılar, min cür fitnə-fəsad törətdilər, alınmadı. Anamın qətlinə fərman verildi. İllərdir ki, eyni ssenarilər bizə qarşı işlədilir. Bizim inamımız Azərbaycan dövlətinə, mülkiyyətimizin qarantı kimi prezident İlham Əliyevədir. İnanırıq ki, gec-tez anamın qətlinin sifarişçiləri də, killerləri də, bizə qarşı bu oyunları quranlar da qanun qarşısında dayanacaqlar. Hələliksə, biz mübarizəmizi davam etdiririk. Kimsə düşünməsin ki, bir addım geri çəkiləcəyik. Bu mümkün deyil”.(AzEuroNews.com)


Daha çox xəbər

Şərh yaz