Axtarış...

Ağsu RİH Qarabağ qazisinə qarşı... - QALMAQAL

Ağsu RİH Qarabağ qazisinə qarşı... - QALMAQAL
"Ağsu RİH -in vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin balansında olan torpaq sahəsini hərracdan kənar satması həmin torpaqdan 22 ildir sahibkarlıq amacı ilə yararlanan Qarabağ əlilinin Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmasına nədən olub". Bu barədə DİA.AZ-a Qarabağ Qaziləri - Xaliq Abbaszadə, Eldar Hüseynov , Müşfiq İsmayılov, Güloğlan Süleymanov və başqalarının adından edilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "27.09.2019 tarixli iddia ərizəsinə Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüfət Məcidovun 21.10.2019 tarixində - 24 gündən sonra Ağsu poçtu vasitəsilə iddiaçının elektron poçtuna daxil olan cavabında iddianın İnzibati Prosessual Məcəllənin (İPM ) 46.1 maddəsinə uyğun gəlmədiyi, yəni məhkəmənin adı, cavabdeh hüquqi və fiziki şəxslərin ünvanlarının göstərilmədiyi “əsas” tutularaq mümkünsüz sayılacağı bildirilib. Eyni zamanda, məhkəmə işə mahiyyəti üzrə baxıb və rayon aqrar islahat komissiyalarının 20 il qabaq ləğv edilməsi “əsası” ilə Qarabağ əlilinə pay torpağı ayırmağa cavabdehlik daşıyan varisin müəyyən edilmədiyini diqqətə çatdırıb , cavabdehlərin sayını birə endirməyi və əlilin istifadəsindəki torpağı qazıntı-tikinti meydanına çevirəni cavabdeh etməyi məsləhət görüb.

Özbaşınalığa baxın, məhkəmənin fikrincə, əlilin istifadəsindəki torpağı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Pirhəsənli bələdiyyəsinin saxta qərarı ilə hərracdan kənar başqasına satan Ağsu RİH, Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi heç bir məsuliyyət daşımır! Ağsu rayon prokurorluğu da mübahisənin mülki xarakterli olduğunu (??) əsas tutub, məhkəməyə müraciət etməyi xahiş edib. Bağlantılı bütün qurumların məsləhətləri məhkəməni nişan versə də, məhkəmə cavabdeh icra hakimiyyəti və bələdiyyə orqanları ilə qeyri-prosessual münasibətə girərək, tərəfləri çağırmadan , məhkəmə baxışı keçirmədən iddianın mümkün sayılmaması haqqında fikrini öncədən bildirərək, əlilin Konstitusiyanın 60-cı maddəsi ilə təsbit olunan inzibati və məhkəmə təminatı hüququna qadağa qoyub.

Hakim Rüfət Məcidovun prosessual məcəlləyə qeyri-prosessual münasibətini İPM-in 30 -cu maddəsi, yəni tərəflərin işdə birgə həmiştirakçılığı da ortaya qoyur. Bu boyda Konstitusiyanı, İnzibati Prosessual Məcəlləni qeyri-prosessual münasibətə dəyişən məhkəmədən ağır stressdən özgə nə gözləmək olar? Elə bu stressin nəticəsində Qarabağ əlili Daxili İşlər Nazirliyinin hospitalının reanimasiya şöbəsinə yerləşdirilib".

İddia olunanlarla bağlı DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Daha çox xəbər

Şərh yaz