Axtarış...

Vəndamda Van Damın heykəlini kim qoyub? - Açıqlama

Vəndamda Van Damın heykəlini kim qoyub? - Açıqlama

Sosial şəbəkələrdə Qəbələ rayonunun Vəndam kəndində dünya şöhrətli aktyor, Hollivud ulduzu Jan-Klod Van Damın heykəlinin qoyulması ilə bağlı məlumat yayılıb.

Azvision.az məlumatı dəqiqləşdirmək üçün Vəndam kəndinin bələdiyyə sədri Asif Həşimovla əlaqə saxlayıb.
Bələdiyyə sədri bildirib ki, kəndin girişində Qəbələ istehsalı olan məhsulların satış-sərgi mərkəzi fəaliyyət göstərir. Onun sözlərinə görə, Jan-Klod Van Damın taxtadan hazırlanan heykəli həmin yerdə qoyulub.

"Heykəl jurnalist Şakir Eminbəylinin təşəbbüsü ilə hazırlanıb və onun istifadəsində olan əraziyə qoyub. Bu, rəsmi bir şey deyil. Həmin yer Qəbələdə istehsal olunan məhsulların turistlərə göstərilməsi üçün nəzərdə tutulub".



Şərh yaz