Bu təhsil ocağının fəaliyyəti araşdırılır... - GƏLİŞMƏ



Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Texniki-Humanitar Liseydə bazar qanunları”, “Texniki-Humanitar Liseydə davamiyyət problemi” və “Lisey direktoruna Rəşad Tağıyevin gücü yetmir” başlıqlı məqalələrimizdə Bakının Nəsimi rayonundakı direktoru Səidə Zeynalova olan liseydəki korrupsiyadan konkret faktlarla bəhs etmişdik. Qeyd etmişdik ki, şagirdlərin dərsə davamiyyəti sıfıra bərabərdir. Xüsusilə də 10-11-ci sinif şagirdləri repititor yanına getdiyinə görə demək olar ki, dərslərdə iştirak etmirlər. Nəyinsə müqabilində dərslərdən yayınırlar. Sözsüz ki, rüşvət olan yerdə nə təhsilin keyfiyyətindən, nə də şagirdlərin dərsə davamiyyətindən söhbət gedə bilməz. Eyni zamanda, bəzi müəllimlər dərs saatlarının olmasına və əmək haqqı almalarına baxmayaraq, dərslərdə iştirak etmirlər. Bu siyahıda direktora yaxın şəxslər də var. Eyni zamanda şagirdlər də pul verərək aylarla dərsə gəlmirlər. Qeyd etmişdik ki, bu qanunsuzluqlar müəllimlərin də narazılığına səbəb olur. Yazdıqlarımız öz təsdiqini tapdı.
Redaksiyamıza yeni daxil olan məlumata görə bizim bu məqalələrimizdə qeyd olunan faktları liseyin riyaziyyat müəlliməsi işləyən Südabə İsmayılova Nəsimi rayon Prokurorluğuna öz rəsmi şikayətində qeyd etmişdir və bu dəqiqələrdə Texniki Humanitar liseydə həmin qurumun əməkdaşları tərəfindən araşdırma aparılır. Deyilənə görə prokurorluğun işçiləri yazdıqlarımızdan da əlavə çoxlu qanunsuzluqlar aşkar ediblər. Bu fakt özü də yazdıqlarımızın doğruluğunu sübut edir. Toplanılan materialın Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcəyi bildirilir. Qarşı tərəfi də dinləməyə hazırıq //bizimdovr.az//
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət