“Lazımsız xərclər yaradırlar ki, büdcədən daha çox pul ala bilsinlər” - Sərt ittihamlar

“Lazımsız xərclər yaradırlar ki, büdcədən daha çox pul ala bilsinlər” - Sərt ittihamlar

“Azərenerji” ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdiriləcəyi bildirilir. Məlumata görə, Mingəçevirdəki "Azərbaycan" İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdirməyə çıxarılacaq.
Bəs bu qərarın dövlət büdcəsinə və xidmətin keyfiyyətinə hansı müsbət təsirləri olacaq?

Bu barədə “Yeni Sabah”a danışan iqtisadçı ekspert Akif Nəsirli vətəndaşa xidmət göstərdiyi üçün büdcədən vəsait alan digər şirkətlər də özəlləşdirilməlidir:

“Son 10 ildə 10 min dəfə deyilib ki, ölkədə dövlətin göstərdiyi bütün xidmət sahələri özəlləşdirilməlidir. Bu həm xidmətin keyfiyyətinin yüksəlməsinə, həm də büdcə yükünün azalmasına səbəb olar. Bu hər zaman işin xeyrinə ola bilər. Artıq vətəndaşın istehlakçı hüquqlarının müdafiə olunması üçün real imkanlar yaranacaq. Tutaq ki, xidmətdən narazı qalan vətəndaş hökumətə müraciət edəndə, dövlət şirkətin yaxasından tutacaq ki, mənim vətəndaşıma layiqli xidmət göstər".

Eskpert özəlləşdirmənin bahalaşmaya səbəb ola biləcəyini istisna etməyib:

"Əlbəttə, burda digər məsələlərin həlli də vacibdir. Bunlardan biri azad qiymət məsələsidir. Əgər şirkət özəldirsə, gec-tez azad qiymət qoymaq istəyəcək. Qiymətlər bir qədər bahalaşacaq. Mən hesab edirəm ki, hökumət həmin xidmət şirkətlərinə verdiyi datasiyanı əhalinin gəlirlərinə yönəltsə, bu zaman əhalinin elektrik enerjisi və digər xidmətlərin alınmasına imkanı olar. Bu gün dövlət şirkətləri olan “Azərsu”, “Azərenerji”, “Azərelektrik”, SOCAR və s. - şirkətlərə əhaliyə xidmət etdikləri üçün büdcədən vəsait verilir, lakin dövlət büdcəsindən alınan vəsaitlə dövlət büdcəsinə verilən vəsaiti qarşılaşdırsaq, görərik ki, bu şirkətlər zərərlə işləyir. Bu onunla bağlıdır ki, onlar dövlətin büdcəsinə arxayındır. Məsələn, lazımsız yerə iş ştatlarını artırırlar, lazımsız xərclər yaradırlar ki, büdcədən daha çox pul ala bilsinlər. Dünyanın əksər ölkələrində bu xidmətləri özəl şirkətlər göstərir və pul qazanır. Özəlləşmə həyata keçsə, dövlət büdcəsinin canı qurtarar. Burda korrupsiya azalar. Bu çoxdan atılası addım idi. Mən ümid edirəm ki, digər şirkətlər də belə alqışa layiq addımlar atacaqlar”.
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət