Axtarış...

Ankarada kitab sərgi-yarmarkası kitabsevərləri bir araya gətirib



Türkiyə kitabsevərləri cari ildə ikinci dəfədir ki, Ankarada təşkil olunan kitab sərgi-yarmarkasını ziyarət etmək imkanı qazanıblar. Oxucular Ankara Ticarət Palatasının konqres mərkəzində təşkil olunan sərgi-yarmarkasına olduqca böyük maraq göstərirlər. Bu da təsadüfi deyil, sərgidə ən müxtəlif janr, mövzu və maraq dairələrini əhatə edən kitablar nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, 265 nəşriyyatın qatıldığı sərgi-yarmarkada türk dünyasından olan müəlliflərin kitablarından ibarət xüsusi stend də var. Bu stend Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən qurulub. AYB maraqlı nəşrlərini oxuculara təqdim etməklə bərabər yazıçı və şairlərin imza gününü də təşkil edib.

Burada yazıçı-publisist Sabir Şahtaxtı “Azadlıq nəğməsi”, Mətin Yıldırım “Günah dəhlizi” romanlarını, tanınmış şair Əli Akbaş şeirlər toplusunu və digər tanınmış ədəbiyyatçılar öz əsərlərini imza ilə oxuculara təqdim ediblər.

Sərgi-yarmarka oktyabrın 27-dək davam edəcək.


Daha çox xəbər

Şərh yaz