Axtarış...

Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib



Cari ilin yanvar-sentyabr aylarında dəniz limanlarında 6 milyon 74,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 5 milyon 564,2 min tonunu və ya 91,6 faizini tranzit yüklər təşkil edib. Oktyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 176,7 min ton olub.

Doqquz ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 30,6 faiz artaraq 15,8 min nəfər təşkil edib.



Şərh yaz