Axtarış...

Binəqədi DSMF-dən ciddi narazılıq

Binəqədi DSMF-dən ciddi narazılıq

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dönəmdə və vəzifəsindən azad edildikdən sonra Səlim Müslümova qarşı yönələn ittihamların əsasını yaxın qohumlarını yüksək vəzifələrə təyin etməsi təşkil edirdi. Məlum olduğu kimi, keçmiş nazirin bütün qohumları həmin sistemdə müxtəlif vəzifələrdə işləyirdi. Sahil Babayevin nazir təyin edilməsindən sonra baş verən neqativ proseslərin yenə də davam etməsi tənqidə layiq haldır.
Qeyd edək ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində əvəz edildikdən qısa müddət sonra, yeni nazir onun qohumlarının əksəriyyətini işdən çıxardı. Sahil Babayevin bu addımı cəmiyyət tərəfindən rəğbətlə qarşılansa da, həyata keçirdiyi kadr təyinatları təəssüf və məyusluq doğurmaqdadır. Çünki Sahil Babayev də sələfi Səlim Müslümovun yolu ilə gedərək, təcrübəli kadrları işdən çıxarıb, onların yerinə bu sahəyə tamamilə yad olan yaxın qohumlarını təyin etməyə başlayıb.
Belə ki, S.Babayev Hüseyn Kərimovu DSMF-nin Binəqədi rayon şöbəsinin müdiri vəzifəsindən azad etdikdən sonra, onun yerinə Cahandar Axundov adlı şəxsi təyin edib. Cahandar Axundovun əvvələr Bakı şəhərinin kommunal xidmətində işlədiyi, ancaq sabiq mer Hacıbala Abutalıbov tərəfindən işdən azad edildiyi deyilir. Sahil Babayev DSMF-nin Ağcabədi rayon şöbəsinin müdiri vəzifəsinə Cahandar Axundovun bacanağı Fazil Əkbərovu təyin edib.
Sahil Babayevin iki bacanağı, Cahandar Axundov və Fazil Ələkbərovu DSMF-nin yerli şöbələrinin müdiri təyin etməsi bu şəxslərin onun qohumları olması ilə bağlıdır. Əks halda ixtisasca hüquqşünas olan nazir Sahil Babayev DSMF-nin Ağcabədi şöbəsinin rəhbərliyinə ixtisasca aqronom olan birini gətirməyə çalışmazdı. Məlumata görə, Cahandar Axundovun və Fazil Əkbərovun həyat yoldaşları ilə nazir Sahil Babayevin kiçik qardaşı Samir Babayevin həyat yoldaşı əmiqızıdırlar. Bacanaqların DSMF-nin şöbə müdiriləri təyin olunmasında məhz nazirin kiçik qardaşı Samir Babayevin mövqeyinin əsas rol oynadığı da məlumatda öz əksini tapıb.
Binəqədi DSMF-nin səriştəsiz müdirindən narazılıq durmadan artır. Aktualxeber.az-ın redaksiyasına müraciət edən müharibə veteranları onların Cahandar Axundov tərəfindən arayış almaq istəyəndə aşağılanaraq təhqir olunmalarıdan şikayət edirlər.Özlərinə lazım olan araıyışı günlərlə ala bilməyən şikayətçilər C.Axundov tərəfindən arayış vermək üçün ayrıca vaxt təyin etməsindən ciddi narazılıq edirlər. Çünki ailələrini dolandırmaq üçün müxtəlif yerlərdə işləyən şikayətçilər müdirin təyin etdiyi vaxtdan bir az gec getdikdə ordan qovulurlar desək daha düzgün olardı. Nazirə arxalanan Cahandar Axundov isə heç kimi saymaq belə istəmir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Aktualxeber.az





Daha çox xəbər

Şərh yaz