Axtarış...

Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı





Ötən gecə paytaxt Bakıda və bölgələrdə iki yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Millitv.Az-a verilən məlumata görə, Qobustan rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, dörd otaqlı evdə yanğın olub.

Nəticədə evin bir otağının və dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.



Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.

Bakı şəhərinin Nəsimi rayonunda isə ümumi sahəsi 100 m² olan taxtadan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi və içərisinə yığılan oksigen balonları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Şərh yaz