Axtarış...

Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...

Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...

Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı zamanı türk ordusuna qarşı döyüşən erməni əsgərlərin fotoları yayılıb.

Axar.az xəbər verir ki, fotoları hazırda İstanbulda yaşayan Ceyhun Aşirov paylaşıb.

O bildirib ki, Suriyada bir hissəsi Suriya ermənisi, bir hissəsi isə Ermənistan ermənisi olan 1000-ə yaxın terrorçu var:

“Bu alay PKK qruplaşmasının tərkibində yer alaraq, məqsədlərinə uyğun hərəkət etməkdədir. Bir digər məqsədləri isə Qarabağda gerçəkləşəcək mümkün hərbi əməliyyat üçün hazırlaşmaq və hərbi əməliyyat təcrübələrini artırmaqdır”.

Qeyd edək ki, qruplaşmanın adı Nubar Ozanyandır. Ermənilər həmin qruplaşmanı bu ilin aprel ayında yaradıblar.

Xatırladaq ki, Ozanyan 2017-ci ildə İŞİD tərəfindən Suriyada məhv edilib. Yozqat şəhərində doğulan Ozanyan İstanbulda təhsil alıb. O, Stepan Şaumyan və Leninin əsərlərini türk dilinə çevirib. 1988-1990-cı illərdə Fələstində fəaliyyət göstərən Ozanyan 1991-1992-ci illərdə Qarabağda erməni separatçılarının tərəfində döyüşüb. 2014-cü ildə Şimali İraqa gələn erməni separatçı 2015-ci ildə Suriyadakı kürdlərin sıralarına qoşulub. Burada “Orxan Bakırçıyan” ləqəbi ilə tanınan separatçı erməni və ərəb əsilli separatçıların hazırlığı ilə məşğul olub.



Şərh yaz