Axtarış...

Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA

Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA

“Möhtərəm Prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamlıdır ki, sabah eyni hallar baş versin və aidiyyatı insanlar məsuliyyətə cəlb edilsin. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”. Xatırladaq ki, bu sözlər keçən ilin aprel ayının 24-də Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinin dəyişdiyi zaman Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən səsələndirilmişdi. Hörmətli PA rəhbəri yeni xidmət rəisini kollektivə təqdim edərkən işdən qovulan Firudin Nəbiyevi məhz bu ifadələrlə yola salmışdı.

Təbii ki, bütün bunları boşundan xatırlatmadıq. Belə ki, DİA.AZ-a mötəbər mənbədən daxil olan informasiyalara görə, Firudin Nəbiyev yenidən vəzifə ümidinə düşüb və bu məqsədlə himayədarların köməyinə arxalanmaqdadır.

Mənbə dia.az-a açıqlamasında iddia edib ki, Firudin Nəbiyev bu dəfə Müdafiə Nazirliyində görəv almaq istəyir. Hər halda Miqrasiya Xidmətini yarıdan birisinin Müdafiə Nazirliyi kimi strateji bir qurumda görəvə gətirilməsi inandırıcı olmasa da, belə bir ideya var və Firudin Nəbiyev də məhz bu yöndə çaba sərf edir.

Onu da xatırladaq ki, Firudin Nəbiyevin general rütbəsinə daşınması barəsində də kifayət qədər şübhəli məqamlar var ki, bu barədə yerli mətbuatda yetərincə informasiyalar yayılıb.(dia.az)

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Daha çox xəbər

Şərh yaz