Sentyabrda Azərbaycanın gündəlik neft hasilatı 755 min barrel olub




Respublikada sentyabr ayı üzrə gündəlik neft istehsalı 755 min barrel olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 683 min barrelini xam neft, 72 min barrelini kondensat təşkil edib. Gündəlik 560 min barrel xam neft, 68 min barrel kondensat, 6,2 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Cari ilin yanvar-sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barrel olub.

Energetika Nazirliyi sentyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət