Axtarış...

“Türkiyə Suriyaya daxil olarsa, Konqresin “cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək" - Amerikalı senator



Türkiyə Suriyanın şimalına əməliyyat təşkil edərsə, cəhənnəmdən gəlmə sanksiyalarla üz-üzə qalacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri amerikalı senator Lindsi Qrehem Tvitter mikrobloqunda yazıb.

“Türkiyə Suriyaya daxil olarsa, Konqresin “cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək. Əhatəli, dərin və dağıdıcı sanksiyalardır”, - deyə senator bildirib.

Qeyd edək ki, bundan öncə də Qrehem Türkiyəni sanksiyalarla, NATO-dan çıxarılacağı ilə hədələmişdi. /axar.az/



Şərh yaz