Axtarış...

"Sakit Göl Hotel Shamakhy"da ƏCAİB QAYDA - ETİRAZ



Sosial şəbəkədə dostları ilə birlikdə istirahət etmək üçün "Sakit Göl Hotel Shamakhy" istirahət mərkəzinə üz tutan şəxsin şikayətli paylaşımı olay yaradıb.

Sonxeber.az xəbər verir ki, həmin şəxs paylaşdığı postda bildirib ki, hotelin girəcəyində onları qarşılayan şəxs içəri girmələrinə icazə verməyib. Səbəb olaraq, istirahət mərkəzinin əməkdaşları sözügedən şəxslərin yalnız kişi qrupundan ibarət olduqlarına görə qəbul edə bilməyəcəklərini bildiriblər.

"Bəylərə xidmət etmirik"- Azərbaycanda istirahət mərkəzində QƏRİBƏ QANUNSözügedən istirahət mərkəzindən Sonxeber.az-a açıqlama verən satış şöbə işçisi Ruslan Səfərov bildirib ki, hotelə ancaq evli şəxsləri qəbul edirlər:

"Hotelimiz sırf ailəvi istirahət mərkəzi olduğuna görə, bəy kollektivinə xidmət olunmur. Bura ancaq qadınlar və evli şəxslər öz ailələri ilə birlikdə gələ bilərlər".


Daha çox xəbər

Şərh yaz