Quşçu Ayrım kəndi istiqamətində ermənilərin daha bir snayperi məhv edildi - Ekskavatorçumuzun qatili imiş...

Quşçu Ayrım kəndi istiqamətində ermənilərin daha bir snayperi məhv edildi - Ekskavatorçumuzun qatili imiş...

Bu gün səhər saatlarında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində Ermənistan Ordusunun daha bir snayperi məhv edilib.

Yenicag.az “AzeriDefence”ə istinadən xəbər verir ki, erməni snayperi pusquda dayandığı yerdə – saat 10:30 radələrində öldürülüb.

Onun ərazidə şəhid edilən ekskavatorçu Səfərəli Abışovun qatili olduğu ehtimal edilir.

Qeyd edək ki, ötən gün Qazax rayonu istiqamətində Ermənistan Ordusunun daha bir snayperi Muşeq Jirayroviç Abovyan məhv edilib.

Ümumilikdə son iki gündə cəbhənin Qazax rayonu istiqamətində 3 erməni hərbçisi (biri zabit) öldürülüb, 2 nəfər isə yaralanıb
Oxşar xəbərlər
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət