Axtarış...

“Ulduz taksi”-*5000 vətəndaşa qarşı qoçuluq edir... - VİDEO

Bakıda fəaliyyət göstərən taksi şirkətləri ilə sürücülər arasında yaranan problemlər dəfələrlə mətbuatda işıqlanıb

Belə problemlərin biri ilə “Ulduz taksi”-*5000 taksi şirkətində sürücü işləmiş Baki sakini Ədalət Hüseynov Bolgexeber.com-a müraciət edib.
Ədalət Hüseynov bildirir ki,onun maşını qanunsuz olaraq şirkət tərəfindən əlindən alınıb.

Ədalət Hüseynov “Ulduz taksi”-*5000 taksi şirkəti ilə müqavilə bağlayıb amma müqavilə kağızını şirkətin rəhbərləri özlərinində saxlayır,ona vermir. Bundan başqa Ədalət Hüseynovun maşını əlindən alınanda maşında onun anası və bacısı da olub.
Ədalət Hüseynov şirkətin həyətinə gəlib şikayətini bildirəndə və maşına ödədiyi pulunu tələb etdikdə isə özlərini şirkətin rəhbəri adlandıran şəxslər onu təhqir ediblər və ona xəsarət yetiriblər. “Ulduz taksi”-*5000 şirkətinin rəhbər şəxsləri yaranmış mübahisə zamanı həmçinin Ədalət Hüseynovun anasını və bacısına qarşı da kobudluq etmiş ,onlara da xəsarət yetirmişlər.
“Ulduz taksi”-*5000 taksi şirkətinin məsul şəxslərinin özbaşınalığını əks etdirən videogörüntüləri təqdim edirik.





Daha çox xəbər

Şərh yaz