Axtarış...

Əhmədzadə yenə də heyrətləndirir... - 3 günə audit: "Şap-şup... "i qotov""...



Azərbaycanda olmayan iş yoxdur. Bəzən elə hadisələr baş verir ki, onun mövcudluğu belə məntiqi mat qoyur. JAMAZ.İNFO xəbər verir ki, iqtisadçı-ekspert Toğrul Masallı məntiqi mat qoyan hadisələrdən biri barədə məlumat yayıb.

Ekspert yazır ki, Azərbaycan Meliorasiya və su təsərrüfatı ASC sentyabrın 16-da "icmal maliyyə hesabatlarının auditi"nə dair kotirovka sorğusu elanı yerləşdirib. "Sənədləri yalnız sentyabrın 17-nə kimi qəbul edilib. Sentyabrın 27-də "Azəri-Audit Auditor" firması qalib elan edilib. Artıq oktyabrın 1-i isə müvafiq şirkətin möhürü ilə ASC-nin "Maliyyə vəziyyəti haqqında hesabat"ı dərc olunub. Bəs siz auditi neçə günə edirsiz?"

Ölkənin ən böyük strukturlarından biri olan, büdcədən heç də az miqdarda vəsait almayan bir qurumun auditinin 3 günə həyata keçirilməsi sözün həqiqi mənasında gülməlidir. Görünür, Meliorasiya və Su Təsərrüfatı ASC audit məsələsində tenderi udmuş şirkətlə bir az məzələnib. Daha doğrusu, onu məzə obyektinə çevirib.


Daha çox xəbər

Şərh yaz