İtkin düşən tələbə ilə bağlı ADU-dan AÇIQLAMA

İtkin düşən tələbə ilə bağlı ADU-dan AÇIQLAMA

Bakıda 11 gün əvvəl itkin düşən tələbə Əsədulla Cəfərovla bağlı təhsil aldığı Azərbaycan Dillər Universiteti açıqlama verib.

Azərbaycan Dillər Universitetində rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov Trend-ə bildirib ki, Əsədulla Cəfərov həqiqətən də 11 gündur ki, dərslərdə iştirak etmir. Gəncin axtarışı ilə bağlı universitet də öz növbəsində köməklik göstərir:

"Əsədulla Cəfərov təhsil haqqı ilə bağlı evi tərk etməyib. Universitetdə belə bir qayda var, təhsil haqqı iki hissəyə bölünür. Təhsil haqqının bir hissəsi birinci yarımil - oktyabr ayının 1-də, yerdə qalanı isə ikinci yarımil - mart ayında ödənilir. Ona görə də 11 gün əvvəl itkin düşən tələbəyə təhsil haqqı ilə heç bir sual oluna bilməz. Biz artıq Ə.Cəfərovun valideynləri ilə də görüşmüşük və onlar öz narahatlıqlarını bildiriblər".

S.Hüseynov bildirib ki, universitetdə təhsil haqqının ödənişi ilə bağlı çətinlik çəkən tələbələrə şərait də yaradılıb:

"Bu günə qədər dəfələrlə olub ki, təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə yardım edilib. Belə ki, onlar rəsmi şəkildə rektorantlığa müraciət edərək ödənişi vaxtında ödəyə bilmədiklərini bildirirlər və müraciətlərin demək olar hamısına müsbət cavab verilərək vaxtı uzadılır. Bundan əlavə, universitetin daxilində sosial fond var. Bu fond vasitəsi ilə də ödənişdə çətinlik çəkən tələbələrə yardım olunur".
Oxşar xəbərlər
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət