Axtarış...

ERMƏNİLƏR SARI GƏLİNİ NİYƏ ÖZLƏRİNİNKİ BİLMƏK İSTƏYİR? - ŞOK SƏBƏBLƏR



ERMƏNİLƏR SARI GƏLİNİ NİYƏ BOŞATMAQ İSTƏDİLƏR?
Ey dili qafil fil faili məchul fani f….
Durub durub da ermənilərin Sarı Gəlin mahnısını israrla yasda-toyda oxumasının görünür bilmədiyimiz bir çox səbəbləri var. Ola bilsin bilirik, ancaq kimsə hələ ki, ürəkaçan şəkildə bu qarşıdurmanın, bu israrın kökünü varıb da ürəkdən tikan çıxaracaq dərəcədə söz söyləməyib.
“Sarı gəlin” manhısı misilsiz bir ovqata sahibdir. Bu mahnını dinlədiyin zaman sonsuz hüznə tutulursan. Bu hüzn və kədərin axarında sakit, rahat, bir az da nəvazişkaranə bir dəvətin eyhamını hiss edirsən. Bu dəvət də görünür soylu bir dəvət, köklü bir çağırış olduğundan əsrlərin bağrını yara - yara bizə gəlib dəyir, bizə gəlib çatır.
Mahnının adı olduqca möhtəşəmdir. Eynən Əsli və Kərəmi, Leyli və Məcnunu, Yusif və Züleyxanı xatırladır. Burdan yola çıxmış olsaq və mahnının ruhumuza çilədiyi ovqatın bilincinə varmış olsaq, bu mahnının adını çəkdiyim dastanlardan əsla heç bir fərqinin olmadığının fərqinə varmış olacaqsınız. Hətta bir az da irəli gedib, Dədəm Qorquddakı “Sarı Donlu Selcan Xatun” (bilərəkdən adı belə yazmalı oldum:-x.t.) boyuyla da dialoq halına girmiş olarıq. Bir az da xəttin bu başına gəlsək, Əli Və Nino əsərini tarixiliynin təsdiqini yenidən bu mahnıda təsdiqləməyim yerinə düşəcək. Əslində isə məsələ nədir? Məğzdə nədir dayanan?

Başqa bir sual çıxır ortaya: ermənilərin israrla bu mahnını oxumasında səbəb nə ola bilər? Niyə məhz bu mahnıya ermənilər sahib çıxmaq istəyir? Bu mahnıda ermənilərin istəklərinə cavab verən nə var? Ermənilər bu mahnını nədən özlərininki bilmək istəyir? Bu mahnı ermənilərin kimliyinə hasısa şəkildə dəlalət edə bilirmi? Bu mahnıda ermənilərin varlığından nəsə bir əlamət və keyfiyyət mövcuddurmu? Bu mahnı niyə məhz bu gün siyasi bir müstəviyə atılmış oldu? Bu mahnını Qarabağ adlı bir soruna, düyünə, yaraya yaxınlaşdıran nədir? Suallar bitib tükənməzdir. Hər şeyi bir tərəfə buraxıb, gerçəkləri danışmağın zamanıdır və həm də bizə qalan gerçəklər olacağını da unutmamaq lazım.
Hər xalqın düşməni olur. Bu doğal bir yaşam. Hər xalq özünə bir düşmən düzəldir. Bunu türk deyil, erməni edir. Yəni erməni türkü özünə düşmən hesab edir. Niyə, nədən, nə üçün? Hansı səbəblərdən və tarixi yaşantıdan, mərhələdən, keçiddən, haqq-hesabdan? Bəs türk ermənini bu qədər ortalıqda faciələri olmağına rağmən nədən özünə düşmən hesab etmir? Niyə ermənidən türkə düşmənçilik alınmır? Əksinə nəyə görə erməniyə türk düşmənçiliyi yarayır?
***
Sarı Gəlin mahnısında əsas məsələ iki fərqli etnosun kültür və mədəniyyətini daşıyan insanın, qadınla kişinin hüznü yaşanılır. Dəxli yoxdur, mətnin mötivi tarixilik baxımından hansı dövrü və dövrləri əhatə edir. Əsas olan odur ki, mahnıda, mətndə gerçək bir fakt qaçınılmazdır. Bu qaçınılmaz olan, oğlan-qız deyil, (gəlin məsələsi vurğulandığına görə) qadın-kişi, bəy-gəlin ehkamıyla qarşımıza çıxır.
Sözsüz, ortada əsrarəngiz və valeh olacağın dərəcədə bir tutqu, sevda, eşq var. Bəy bu sevdadan vaz keçə bilmir. Çünki gəlini-sevib aldığı, qaçırdığı qadını, gəlini geri tələb edirlər. Aşiqdən məşuqu ayırırlar, ya ayırmağa çalışırlar.
Mətndə əsas nəzərə çarpan elementlər sözlə bu şəkildə sıralana bilər.
Gəlin
Sarı gəlin
sarı
Gül, Sulu gül.. sulu gülün dərilməsi,
Saç, Saçın ucu, saçın ucununun örülməmə eyhamı, sevda məsələsi və.
S... xatırlatmalar bu kimi söz, ifadə və vasitələrlə bizimlə kontakta girir.
Bu parçada, mətndə ən zirvə nöqtə, aşiqin məşuqunu əlindən alıb aparmaları və aşiqin bu yolda əzab çıkib qanlı ah-vay etməsidir. O əslində Yaradandan bir gün nazlı yarının üzünü görməsini dəhşətli dərəcədə istəyir. Baş vermiş bu vaqeə bir dastan təfəkkürünün məhsuludur deyə bilərik. Bu şeirsəl və mahnılanıb avazlanaraq bəstəyə oturdulmuş dastanın gələcəkdə şifahi xalq ədəbiyyatımızda dastanlar içində maraqlı, ilginc bir yerinin olacağı da şəksizdir. Bəlkə də o dastan bulunb üzə çıxacaqdır. Çıxmasa belə, onu yaratmaq da o qədər çətin deyil.
Sevgilisi tərəfindən qaçırılıb gətirlən, arvad edilən, bu tərsa gözəli sözsüz ki, başqa bir millətin, dinin nümayəndəsidir. Bu faktı biz mahnının digər etnoslar tərəfindən sevilib mənimsənilməsindən çıxarırırq. Bunu arxetiplər deyir-genetik yaddaşdakı arxetiplər. Artıq gəlin olmuş bu sarışın gözəlin ola bilməz ki bətnində də ürəyində olduğu kimi, bir yük olmasın. Aşiq bundan halidir. Ancaq hələlik aşiqin naləsini göyə çəkən, qaldıran təzə gəlinin əlindən alınıb geri götürülməsidir. Bu süjet bizə tanışdır. Niyə? Çünki bir etnos olaraq, bu vaqeəni daha böyük çapda və daha çox yaşamışıq.Təkrar-təkrar. Bu sarışın gözəl sözsüz, xristian əsillidir. Sarışın olması onu yunan qızı olmasından xəbər verir. Bu isə tarixilik baxımından yunanlarınan müttəfiq olduğumuz, ərəblərə qarşı savaşdığımız dönəmə təsadüf edə bilər. Ancaq bunu yunan niyə oxumur da, elə erməni oxuyur? Demək ortada daha ciddi etnik təlatümlərə dayanan yapılanma arqument və faktor var ki, yenidən erməninin üzərinə gəlməli oluruq. Mahnı mətninin süjeti mahiyyət etibarı ilə Şeyx Sənan və yaxut Əsli-Kərəm əhvalatına, əfsanəsinə, dastanına, sonucda tarixi əhvalatına uyğundur. Nə o yan, nə bu yan…sarışın demişkən, guya qaramat basmış erməninin sarışın gözəli olmur ki? Kim deyir olmur? Bu gün də hər 10 erməni qadınından birinin sarışın olduğunu yaxşı bilirsiniz.
Sarı sözünü mətndə məncə fikri başqa anlamlara yayındırmaq gərəkməz. Sarı bir rəng kimi bu mətndə işinin ustasıdır.
Qara keşiş Kərəmi nə günə qoydusa, çox güman ki, Sarı Gəlinin atası da bizim aşiqi o günə qoydu. Əsrlərdir mələtməklə məşğuldur. Üstəlik, ortalıqda xristian –müsəlman qarşıdurması görünür. Biz niyə dərəyə - təpəyə qaçırıq? Hazır əlimizdə bizə qədər yaşanılmış, baş vermiş vaqeənin izini, yolunu qoyub gedib dağa - daşa düşmüşük. Sarı Gəlin mahnı mətni bir dastan təfəkkürü olduğu qədər, elə Əsli-Kərəm dastan faciəsinin sindromunu öz hüceyrələrində, bətnində yaşadır, daşıyır. Erməni erməni olduğu qədər də xristiandır. O hesab edir ki, onun qızı müsəlman kişisində ailə olub ocaq qalaya, nəsl artıra bilməz. Bu hadisəyə sakit şəkildə tamaşa edən ata Tanrının qəzəbinə tuş gələcəkdir mütləq. Bu xristian-fanatik erməninin mətndən yansıyan, dastanlarda izinə düşdüyümüz düşüncəsinin, anlayışının mahiyyətidir. Onun övladı mütləq öz dininin içərisində ailə qurub nəsil artıra bilər. Erməni ona görə narazı deyil ki, qızı müsəlmana ərə gedəcək, ona görə partlayır ki, onun qızından doğulacaq müsəlman və türk cocuqları, törəyəcək nəsli, sabah onun deyil, türkün kmliyini və inancını daşıyacaq. Çünki ortalıqda digər bir fakt var: - türkün patriarxallıq yelpikləyən özəlliyi özündə saxlanılan, özündə qorunan bir varidatdır. O heç vaxt kilsəyə girib, zəng səslərinə aludə olub zamanı ayarlamaz, keşişlərin vavtiz suyunda günahlarından arınacağı manqurtluğuna əsla inanmaz. İyrənc cəhalətlik gətirən bu tür düşüncə və əxlaq yapısı ona məxsus deyildir. Bütün bunlar bir yana, ancaq ortalıqda gerçək və qaçınılmaz bir hadisə mövcuddur: iki fərqli inanc və etnik özəllik daşıyan fərdlər bir canda birləşiblər. Bu nəyin müjdəsi, yaxud da nəyin harayıdır ? Bu haray və bu müjdənin bağırçatladan bəraətinə nə qədər dözmək mümkün? Buna etnik-milli haləti-ruhiyyəmizdəki gücümüz yetər və yetərlidirmi?
Erməni ata, erməni ağsaqqal, baş bilən hesab olunan şəxs, mətndən iddia edir ki, iki fərqli insanın, (inanc və millət olaraq:-x.t.) bir canda var olması, kosmik gedişata ziddir. Xaçla hilal, kilsəylə məscid, azanla kilsə zəngi bir-birinə düşməndir. Ümumiyyətlə, hilal bütün millətlərin düşmənidir.
Erməni bu gün Sarı Gəlin mahnısını boşu- boşuna oxumur. Ermənilər “sarı gəlin” mahnısını ona görə oxuyur ki, bu mahnıda onun bu gün bizimlə bölüşə bilmədiyi bir qədəri var. Biz bu qədəri mahnılara, şeirlərə, dastanlara verdikcə, köçürdükcə, əbədiləşdirdikcə, demək biz bu münasibəti, aramızda baş vermiş olayı və hadisəni kosmosa yaymışıq, metafizik ərazilərimizdəki sahiblərimizə də faş etmişik. Erməni əsla bundan utanmır. Ermənilər bundan bəlkə də zövq ala bilmək imkanını qaçırmır əsla. Çünki onda özünü öldürsə də, bu ecaz, bu eşq alınmayacaq. Onun da kosmik eşqi, metafizik sərüvəni sənin, mənim, bizim varlığımız üzərindən, bizim ruhmuzun səxavətindən pərvazlanır. Ona biz bununla bir uçuş veririk, uçuş sərgiliyirik.
(ardı var…)
Xanəmir Telmanoğlu



Şərh yaz