Axtarış...

Nazirlər Kabinetindən gələn ilin dövlət büdcəsi ilə bağlı — QƏRAR


Nazirlər Kabineti Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərarını açıqlayıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi saytına məlumat yerləşdirilib.

Qərarda qeyd olunur ki, “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
Bu Qərarın 1-ci hissəsində qeyd edilən layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.



Şərh yaz