Axtarış...

Bəzi ərazilərin təbii qaz təchizatında fasilə yaranacaq



Sentyabrın 27-də saat 10:00-dan etibarən aşkar olunmuş qaz sızmasının ləğvi və yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan və Saray qəsəbələri, eləcə də “Mexkalon” yaşayış massivində qaz təchizatı dayandırılıb. Bundan başqa, bəzi sazlama işləri ilə bağlı Xətai rayonu, Xocalı prospektinin bir hissəsi, Nobel prospekti, Ağ Şəhər massivi və bir neçə küçədə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.



Şərh yaz