Axtarış...

Rusiyanın XİN başçısı Gürcüstanla bağlı NATO-ya xəbərdarlıq edib

Rusiyanın XİN başçısı Gürcüstanla bağlı NATO-ya xəbərdarlıq edibGürcüstan NATO-ya üzv olsa, Rusiya müharibəyə başlamayacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu halda Rusiyanın NATO və alyansa üzv olmağı özlərinə birinci prioritet edən ölkələrlə münasibətləri ciddi olaraq pozulacaq.

Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımasının Gürcüstanın NATO-ya üzvlük məsələsini bağlaması ilə bağlı suala S.Lavrov belə cavab verib: “Biz heç nə bağlamamışıq, bu, bizim məqsədimiz olmayıb”.

XİN başçısı müsahibəsində 2008-ci il müharibəsinin başlamasında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini günahlandırıb. O deyib ki, müharibə zamanı Rusiya NATO barədə deyil, insanların həyatlarının xilası barədə düşünüb.



Şərh yaz