Axtarış...

HAKİM MİRƏLƏM QULUYEV DƏLƏDUZLARIN XAÇ ATASINA NECƏ ÇEVRİLİB-Araşdırma

Şərin qaraçuxası qara çuxalı hakimın sağalmayan rüşvət mərəzi mərəzəliləri üsyana sürükləyir





Mənə bu məqaləni yazmağa vadar edən səbəb Cənab Prezident İlham Əliyevin ölkəmizdə hüquqi islahatlara start verdiyi bir dönəmdə bir hakimin qorxub çəkinmədən qanunları pozması,bir vətəndaşın şərlənmə kompanyasına açıq-aşkar himayyədarlıq etməsi oldu.Söhbət Qobustan rayon məhkəməsinin hakimi Mirələm Quluyevdən gedir.Bu gözüqanlı Mirələm Quluyev tutduğu vəzifədən su istifadə edərək bir damcı vicdan əzabı çəkmədən verdiyi ədalətsiz hökümlərlə Ölkədə hüquq adına,ədalət adına ,qanun adına nəsnənin olmadığını cəmiyyətə aşlayaraq, insanların dövlətə,dövlət başçısına olan inamını kökündən elə baltalayarır ki,,dövlətçiliyə daxildən elə zərbə vurur ki,dövlətimizi sevməyən hər hansı mənfur xarici düşmən bizə belə ağır zərbə vura bilməz.Bəs Prezidentin fərmanı ilə vəzifəyə təyyin edilən,Qanunın aliliyini göz bəbəyi kimi qoruyacağına and içən bu məmur nədən belə saymamazlıq edir? Əlbətdə ki,nəfisinin ucbatından! Bəs kimdir bu Mirələm Quluyev və Qobustan rayonuna hansı cəngəllikdən gəlib çıxıb ki,Qobustanı da cəngəllik hesab edib cəncəl işlərini cəngəllik qanunları ilə ört basdir edə biləcəyinə bu qədər inamlıdır? Bəs necə oldu ki,mən onun bu qara –qura işlərinin şahidi oldum? Sualların cavabına rast gələcəksiniz. Əlbətdə ki,məqaləni sona qədər oxusanız.

Mirələm Quluyev hələ Cəlilabad rayon məhkəməsində hakim işləyəndə cəlilabadlılar Cəlilabadı Azərbaycanda qanunların yeganə qəbristanlıqı adlandırırdılar. Onun özbaşınalıqından cana doyan Cəlilabadlılar üz tutmuşdular mətbuata.Mətbu orqanlar və xəbər saytları Cəllabad sakinlərinin Mirələm Quluyevin özbaşnalıqlarından onlara ünvanlanan şikayyət məktublarını dərc etdikcə Mirələm Quliyevdə ölkədə "Məşhur" laşırdı. Bu məşhurluqın gurultusu Ədliyyə nazirliyinin,Məhkəmə Hüquq Şurasının binalarına dəyib əks-səda verincə Məhkəmə Hüquq Şurası yəqin ki,bəlkə düzələr pirinsipini rəhbər tutaraq Mirələm Quluyevi Cəlilabad rayon məhkəməsinin hakimliyindən azad edib Qobustan rayon məhkəməsinin sədri vəzifəsinə təyin olunmasını Prezidentə təklif edirlər.


Beləliklə 2017-ci ilin oktyabrında Prezident İlham Əliyev Məhkəmə Hüquq şurasının təkliflərini nəzərə alaraq Azərbaycan Respublikası Konistitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bir sıra birinci inistansiya məhkəmələrinin sədirlərinin təyin edilməsi haqqında sərəncam imzalayanda siyahıda Mirələm Quluyevində adı keçir .

Qobustan rayonunın mərkəzi Mərəzə qəsəbəsidir ki,Mərəzəyə dədə- babadan Azərbaycanın sibiri deyiblər.Bəzi əndazəyə gəlməyən,ipə-sapa yatmayan adamlara da "Sənin yerin ya qəbirdi ,ya sibir" deyirlər.Cəlilabad kimi səfalı,abad rayondan Mərəzəyə köçrülməsi Mirələm Quluyev üçün ən azından dərs olmalı idi.Cəllabadda etdiyi haqsızlıqların peşmançılıqını Mərəzədə çəkib düzəlməli ,onu vəzifəyə təyyin edən prezidentin etimadını doğrultmali ,unutmamalı idi ki,Prezident onu vəzifəyə təyyin edəndə ged xalqa qulluq et deyib, xalqın qulağını kəs deməyib.Ancaq "Qozbeli qəbir düzıəldər" misalı Mirələm düzəlmirdi ki,düzəlmirdi.Nə töhmətdən nəticə çıxartdı,nə tənqiddən,nədə ki,el qınaqından.Ədalətə,haqqa qənim kəsilən bu adam ən qısa zamanda Cəlilabadda olduğu kimi Qobustanda da urvatsız hakim imici qazandı.Qobustan rayonu Azərbaycanın ən kiçik, əhalisinin sakit və nisbətən kasıb olan rayonudur.Mərəzənin iqliminin münasib olmadığını demişdim.Mirələmi narahat edən isə iqlim deyildi O,özü İmişlinin Sərxanlı kəndində doğulub Sərxanlı kəndinin havası və təbiəti Mərəzədən az fərqlənir. Onu yandırıb yaxan Cəlilabadala müqayisə də Mərəzə camaatının çox kasıb olması idi.Deyirlər Mərəzəyə təzə təyyin olunan vaxt kimisə sıxışdırıb pul almaq istəyən də ona pul əvəzi qoyun-quzu,xalça-palaz ,toyuq- hinduşka təklifi eləyəndə havalanırmış ki,bu nə yerdi gəlib düşmüşəm. Amma sonralar vərdiş eləyib,qanıb ,başa düşüb ki,Bura Mərəzədi ,Cəllabad deyil ,işini də Mərəzəlilərin cibinə uyğun qurub. vasitəçilərinin köməyi ilə əlinə düşən yağlı müştərilərini də qəti əldən buraxmayıb- Cəlilabadda qazandığı "təcrübəni" uf demədən burda da tətbiq edib....


Quluyev Mirələm Qoçu oğluna növbəti belə yağlı müştərini Bakının Yasamal rayonunda yaşayan dələduzluq üstündə bir neçə dəfə həbs edilən,Yasamal rayon 28-ci polis bölməsinin xususi nəzarətə götürdiyi Yasamalda makler Seymur kimi tanınan Seymur İbrahimov təklif edir.Yasamal hara ?Makler Seymur hara?,Qobustan məhkəməsi hara ? Mirələm Qoçu oğlu hara?


Deməli məsələ belə olur- Həbisdən yeni çixan Seymur İbrahimov pula böyük ehtiyac duyduğu günlərdə kafelərin birində əxlaqsızlıq səbəbindən vətəndaş nigahı ilə yaşadıqı ərindən ayrılmış Sabirabad rayon Nizamikənd kənd sakini Elza Həsənova ilə tanış olur.(Seymurun mənə dediyinə görə onların gorüşünü Elzanın Höküməli qəsəbəsində yaşayan xalası qızı Elnaz təşkil edib) Söhbət əsnasında Seymur biləndə ki,Elzanın keçmiş əri Qobustan rayonunda qeydiyyatdadır o,bu görüşdən çox məmnun qalıb .Peşəkar işbaz olan Seymur harada kiminlə nə iş görməyin mümkünliyini əla bilir,Qobustan rayon məhkəməsinin hakimi Mirələm Quluyevi də əlinin içi kimi tanıyirdı.Ona görə də Seymur Elnazın xalası qizının keçmiş ərindən pul qopartmaq təklifini həvəslə qəbul edir.Tərəflər aralarında iş bölgüsüdə aparirlar. Elza keçmiş ərinə qarşı on bir min manat pul iddiası ilə bağlı Seymurın yazdığı iddia ərizəsinə imza atacaq,Elnaz məhkəmədə yalançı şahidlik edəcək ki,pul onun iştirakı ilə verilib.Seymur da bu işin təşkilatçılığını edəcək,tanıdığı vəkillərə pul müqabilində ərizələr filanlar yazdıracaq,məhkəməyə təqdim etmək üçün lazım olan sənədləri toplayacaq. İrəli sürdükləri yalançı pul iddiyasını rüşvət müqabilində məhkəmə icratına qəbul etdirib və onların xeyrinə məhkəmə qətnaməsinin çıxarılmasına nail olacaq ."Layihə"nin maliyyə xərcini Elza çəkəcək pul alındıqdan sonra isə Elzanın "rasxod"u özünə qaytarılacaq yerdə qalan pul üç nəfər arasında ata malı kimi bölünəcək.Belecə tərəflər arasında sövdələşmə baş tutur Seymur Elza Həsənovadan beh aldıqdan sonra dərhal işə başlayır.O. ən qısa zamanda Elza Həsənovanın adından yazdığı iddia ərizəsini Qobustan rayon məhkəməsində icrata qəbul etdirməyə nail olur.Baxmayaraq ki,iddiaçı iddia tələbini əsaslandıracaq bir fakt təqdim edə biməmişdir. Qobustan rayon məhkəməsi cavabdehin iştirakı olmadan 30 iyun 2019-cuı il tarxdə 2(026)-200/2019 saylı mülki iş üzrə hazırlıq iclası keçirir və yalnız iclasın səhərsi gün cavabdehin telefonuna Qobustan rayon məhkəməsi tərəfindən mesaj göndərilir ki,bəs biz hazırlıq iclası keçirmişik növbəti iclas Avqustun 15-də olacaq və sizində bu iclasda iştirakınız zəruridir.

İlk uğurundan cuşa gələn makler cavabdehi tapıb məhkəmənin adından hədə-qorxu gəməklə məsələni məhkəmədən kənar həll etməyin mümkün variantını sınaqdan keçirmək həvəsinə düşür. Bu variant ona daha cazibədar görünür ona gorə ki,əgər bu yolnan məqsədinə çata bilsə daha qətnamə çıxartdırmaq üçün Mirələmə pul verməyə ehtiyac olmayacaqdı.Bu məqsədlə axtarışa başlayan makler Seymur cavabdehin Yasamalda yaşayan uzaq qohumu Taleh Mikayılovu tapır və ondan adama xəbər yollayır ki,bəs təcili mənimlə görüşsün yoxsa işi fəna olacaq. Bu arada Seymurun "razborka"ya çağırdıqı şəxs redaksiyamıza müraciət edir. Kimlərinsə onu şərləməyə cəhd göstərdiyini və məhkəmə adından təhdidə məruz qaldığını mənə nəql edir və bu prosisi bir mediya qurumu olaraq işıqlandırmağımızı məndən xahiş edir .Bu məsələ sosial-ictimayyi bir məsələ olduğundan mənim də diqqətimi çəkir və məsələni diqqətdə saxlayacaqmıza və prosesdə sona qədər iştirak edib jurnalist araşdirması aparacaqmıza söz verirəm.Və biz Seymurun görüş yeri kimi təyyin etdiyi ünvana-Yasamal rayon Abbas Mirzə Şərifzadə küçəsində yerləşən" Saf su" adlı su satışı obyekti ilə üzbəüzdə yerləşən çayxanaya yollanırıq.


Seymur əvvəlcə özünü bizə vəkil kimi təqdim edir .Mən ondan Vəkillər Kollegiyasının üzvüsənmi? soruşanda o,biraz duruxub,vəkil deyəndə ki,mən nümayyəndəyəm bu məhkəmə işində də nümayəndə kimi iştirak edirəm deyir.Mən, nümayyəndiliy çoxdan ləğv olunub axi ,məhkəmə prosesində qanunla yalnız Vəkillər kollegiyasının üzvü olan Vəkillərin iştirakına icazə verirlər.Deyəndə Seymur xirda gözlərini sağa,sola hərlədərək boğazını qaşiya-qaşıya bir qədər səmimi görkəm almağa çalışib: "Bilirsən qardaş mən hüquqşunasam dost-tanışın belə problemləri olanda komeklik edib beş-on manatımı qazanıram"deyir.Və bu sahə üzrə ixtisaslaşmış dəlal olduğuni dolayisı ilı etiraf edir.Onda mən hələ Seymurun dələduzluq üstündə bir neçə dəfə həbs olunduğunu ,Yasamalda adli-sanlı dəllal olduğunı bilmirdim,hələ məhkəmə olmamışdı.Hələ Yasamal rayon 28-ci polis bölməsinin 8-ci inzibati sahə üzrə sahə rəisi Polis mayoru Nizami Şahverənov Seymurun şəxsi işi yazılmış qovluqu mənə göstərib "Kül Seymurun başına ,həbisdən yeni çıxıb yenə də dolaşıq işlərdən əl çəkmir"deməmişdi,Mən də ürəyimdə:" Seymurın yoxee,Seymurla əlbir olub dolaşıq işlərə rəvac verən hakimin başna olsun ki,nəfislərinin ucbatından Seymur kimi dəlaların girovuna çevrilir, dovləti də,dövlətin ali qanunlarınıda nüfuzdan salir". Deməmişdim hələ.Ona görə də qarşımda oturan bu şər dagarcığına müəllim deyə müraciət etdim: Seymur müəllim bəs bu Elza Həsənovanı hansı dostunız-tanışınız tapşırıb sizə?
-Seymur səmimiyyətinə şubhə etməyək deyə telefonunu açdı ,ordan bir oğlan şəkili tapıb bizə göstərdi və dedi: ' Bax bu oğlan mənim dostumdur. O,da Elza Həsənovanın xalası qızı Elnazının tanışıdır .Mənim nömrəmi bu oğlan verib Elnaza ,Elnaz da mənə zəng vurub biz üçümüz -Elnaz,Elza və mən 20 yanvarda kafedə gprüşüb ,danışmışıq" Seymur sözünə ara verək bir az fağır görkəm alıb əlavə etdi:"Mən bu işin müqabilində Elzadan cəmi 200 manat pul almışam .Görürəm ki,siz mədəni insanlarsınız ona gprə də mən sizinlə təmiz söhbət edirəm ya 200 manatı verin onun pulunı qaytarım rədd olsun başımdan ,yada mən məcburam bu işin sonuna qədər getməyə ,mənim də çörəyim bundan çıxıram, məni düz başa düşin."dedi.


Makler Seymurla bu dialoqumızdan sonra artıq onun necə bir insan tipi olması haaqinda təsəvvürüm formalaşmışdı ,daha ona verəcək bir sualım qalmamışdı,onun bu dar düşüncəsinə,axmaq təfəkkürünə gülməyim gəlirdi.( Bunun danışığı heç bir məntiqə sığmırdı .Deməli sən kiməsə,yalançı vəd verib pul almısan indidə məndən pul istəyirsən ki,onun pulunu qaytarım rədd olsun başımdan) Boy-buxununa,cüssəsinə baxandasa mətəl qalırdım ,bu yekəlikdə,bu görkəmdə adamı belə çirkin yollarla çörək qazanmağa vadar edən səbəb nə idi görəsən? Artıq belə bir tipnən söhbət etməyin mənasız olduğunu haqq edib,durub getmək istəyirdim.Ancaq ona bəzi məsləhətlər verməyi özümə insanlq borcu bildim,fikirləşdim ki,yazıqdı bəlkə mənim sözlərimdən nəticə çıxardar ,düz yola qayıdar.Ona görə də onun düz gözlərinin içinə baxıb dedim ki, Birinci kişi belə iyrənc yolnan pul qazanmaz.İkinci də deyirsən hüquqşunassan,O.qadınlar bilməsələr də sən bilməlisən ki,bu məsələdə heç bir məhkəmə perespektivi yoxdur.Senin müştərin bir il bundan qaqbaq əxlaqsızlıq üstündə qeyri-rəsimi yaşadıqı adamdan ayrılib.Və adamın əlində onun əxlaqsızlıqını sübut edəcək faktlar var.Belə ki,Elza doğma dayısının gəlini Nüşabə Hüsüynovanı ərinin dostu Osmanov Vaqiflə gprüşdürən də əri tərəfindən ifşa olunub və bununlada onların münasibətləri bitib.Hadisədən bir il sonra da səni tapır və sənin vasitənlə məhkəmədə pul iddiası ilə vəsadət qaldırır. Məhkəmədə bütün bunların üstü açılacaq axı.Sen necə hüquqşunassan,hansı dövürdə,hansı əsirdə yaşayırsan? Hansı məhkəmə,hansı hakim bu şərə,böhtana bərayət verəcək? Sözüm dəllalın "çesti"nə dəydi deyəsən


-O, mənim sadəlövh olduğuma eyham vururmuş kimi kinayyəli tərzdə qimişaraq: Qardaş sən bilmirsən ki,bura Azərbaycandı,burda hər şey pulun başındadı,pulla həll olunur? Siz inanmırsız amma mən hakimə iki min manat verib qətnamə çıxartdıracam .Mən təəcüblə: Necə yəni?...Qətnaməni hakimlər 2000-nə çıxardır bəyəm?
-O: “Necə olacaq ki,Necə pul verib iddia ərizəsini məhkəmədə icrata götüzdürmişik elə də,pul verib öz xeyrimizə qərar çıxartdıracayıq.”
-İddia ərizəsini qəbul etdirməkçün pulu hakimə vermisiz?
-Yox Zaura.Qətnamə üçünsə Hakimə verəcəyik.Danışmışı artıq.
-Zaur Qobustan rayon məhkəməsində işləyir?
-Hə orda dəftərxanada.Siz mənimlə razılıqa gəlməsəniz görəcəksiniz məhkəmə necə qətnamə çıxardacaq ,onda məcbur olub o pulun hamsını ödəyəcəksiniz-Əlavə edir Seymur
-Hansı pulun?
-Biz iddia ərizəsində yazdımız 11 minin hamsını
-Axı bayaq detyrdin 200 manat verin qaytarım Elzaya rədd olsun başımdan ,indi on bir mindən dəm vurursan?
Daha bu dəlalın nə deyəciyini gözləməyə hövsələm çatmırdı əsəbləşirdim artıq ."Ged nə qətnamə çıxartdırırsan çıxartdır,məhkəmə kolxoz bazarı deyil ki, kim ağlına nə gəldi yazsın ,məhkəmədə onun yazdıqlarını təsdiqləsin".Deyib ayağa qalxdım.Biz çay masasından bir,iki addim aralanmışdıq Seymur arxadan mızıldandı: Məhkəmənin bazar olduğuni görəndə inanacaqsız.Heç bilirsiz nə qədər oğlanlar şərləmə ilə içəridə yatır?

Mən onun sözlərinə əhəmiyyət verməyib uzaqlaşdım.

Bu dəlalın məhkəmələr haqqında bu cür danışmasını əlbətdə ki,cəfəngiyyat hesab edirdim amma bu prosesi sona qədər izləməkdə də qərarlı idim.Ona görə də adama dedim narahat olma bu sadəcə dələduzların oynudur.Məhkəməyə qədər səbr elə,məhkəmə bunları ifşa edəcək.Məhkəmə oyuncaq deyil, Dövlət qurumudur.,Məhkəmə hər şeyi araşdırıb sonra qərər verir.

---Nəhayyət səbirsizliklə gözlədiyimiz məhkəmə günü yetişir və biz Qobustan rayonuna yollanırıq.Bu məhkəmə prosesini izləmək üçün tanınmış pedaqoq,İqdisad Unveristetinin müəllimi, "SALDO" qəzetinin Baş Redaktoru Rəcəb İsmayılovda bizimlə bərabər gedir.

-Məhkəmə prosesi başlayir,Hakim qondarma iddia ərizəsini oxuyur. Cavabdeh idia ərizəsində yazılanlardan xəbərsiz olduğunu söyləyir,iddia ərizəsinin ona hələ çatdırılmadığını söyləyir.Heç nədən xəbərim yoxdur mənim telefonuma Məhkəmədən gələn mesajdan başqa mənə heç bir rəsimi sənəd təqdim olunmayıb deyir.Hakim iclasın katibinə iddia ərizəsini cavabdehə təqdim etməsini tapşırır.Katib prosesin içində iddia ərizəsini cavabdehə təqdim edir.Ədalətli hakim əslində cavabdehə iddia ərizəsi ilə tanış olmaq üçün möhlət verməli idi.Hakim Mirələm Quluyev isə məhkəmə iclasını davam etdirərək sözü iddiaçıya verir.İddiaçının qarmaqarışıq,məntiqsiz danışığından hiss olunur ki,onun iddia ərizəsinin mətinindən xəbəri yoxdur.Hakim onun haşiyədən çıxdğını görüb ona xalaxətrinqalmasın irad tutur.İddiaçının böyründə oturan Seymur hakimin iradını göydə tutur və dodaqlarını iddiaçı Elza Həsənovanın qulağına dayayıb ona qısa metrajlı pıçıltılar ötürür.İddiaçının belə axmaq vəziyyətə düşməsinin günahı senarini qurqşdıran Seymurda idi, çünki Seymur ona düzgün təlim keçməmişdi.Bundan hakimin də narazı olduğunu onun Seymura qınayıcı nəzərlərlə göz süzdürdiyini sezəndə bildim.İddiaçı axir ki,anlaşılmaz nitqini yekunlaşdırıb əyləşdi.Sonra cavabdeh söz alıb bu iddianın ona qarşı qərəzli şər-bohtan olduğunu söylədi və hakimdən dəqiq araşdırma aparmasını xahiş etdi.Hakim iclas katibindən şahidlərin ifadə verməsi üçün bir-bir zala buraxılmasını təmin etməyi istədi.İfadə vermək üçün zala dəvət edilən İddiaçının xalası qızı Elnazın (Əslində qanunla qohumun şahidliyi məhkəmədə qəbul olunmamalıdır) verdiyi komik ifadəyə biz gülməkdən özümüzi saxlaya bilmirik. Hakim Mirələm Quluyevində dodaqı qaçır amma özünü tez yığışdırır ,ciddi görkəm alıb,bizə güldüyümüz üçün irad tutur: "Birdə kim səs çıxartsa,zalı tərk edcək" deyib bizə xəbərdarlıq edir.Elnaz ifadəsində deyir ki,2018-ci ilin 28 iyul tarixində xalası qızı Elza onların yaşadığı hökməli qəsəbəsinə qonaq gəlir. Elə həmən gün saat 12 iradələrində taksi fəaliyyəti göstərən qonşusunin maşını ilə Masazır qəsəbəsinə gedirlər və aparıb cavabdehə 5 min ABŞ dolları pul verib qayıdirlar.

-Cavabdeh sual verir : Masazırda hansı ünvanda verdiniz pulu mənə?
-Mən ünvün zad bilmirəm,duz gölünün qırağında bina evi idi
-Ev neçə mərtəbəli idi -
- Beş ya da alltı
-Yalan deyirsən mənim orda yaşadığım bina hündür mərtəbəli bina idi.
-Pulu harda verdiniz mənə?
-Qapının ağzında
-Niyə içəri keçmədiniz, qapının ağzında pul verərlər? Pulu verən də ,alanda saymalıdır axı,Beş min dollar pulu hansı axmaq saymadan borc verər və hansı axmaq saymadan qəbul edər.
- Biz tələsirdik,işimiz ,gücümüz var idi,ona görə də qapının ağzında verib qayıtdıq.
-Axı Elza İddia ərizəsində yazır ki,pulu evin içində,oturub ətraflı söhbət edib sonra sayıb vermişik?

Elnaz karıxıb susdu, dönüb qoşa oturmuş Elzaya və Seymura baxırdı.Yalanları partlamışdı. Elnazın qanlı baxışlarından Elzanın üzü qızarırdı.Elnazın qəzəbli baxışlarından gözünü gizlətmək üçün başını aşağa sallayır.(Elnaz az qalır dil açıb Elzanı söysün ki,niyə mənə deməmisən ki,ərizədə belə yazmısız.) Yaranmış bu situassiyada da günah yenə də Seymurdadı çünki ərizəni Seymur yazıb .Çox güman ki,yazdırıb ona görə də ərizənin tam mətinini düzgün çatdıra bilməyib şər ortaqlarına) Seymurunsa heç tüküdə tərpənmir,yoğun boynunu dik tutub düz qabağa baxır.Görünür o,belə situassiyalardan çox çxıb ,Hakimin bu ağ yalana göz yumacaqına adı kimi əmindir.

Biz gülməmək üçün özümüzü zorla ələ alırıq. Cavabdeh növbəti sualı verir:
-Bizim qapı sağda idi,solda,? Və nə rəng idi?
-Bilmirəm,yadımdan çıxıb,mənim dünən yediyim bu gün yadımdan çıxır.Mən nə bilim sənin qapın nə rəng idi deyib qaraqışqırıq salmağa başladı,çığıra-çığıra ağzına gələni danışırdı.Hakim əlindəki qələmi masaya döyəcləyib Elnazın səsini batırdıqdan sonra növbəti şahidin zala dəvət olunmasını istədi.

Növbəti şahid Elnazın qonşum dediyi taksi sürücüsü idi.Otuz-otuz beş yaşlarında olan,orta boylu qarayanız taksı sürücüsü zala daxil olub qorxaq nəzərlərlə ətrafa boylanırdı.Hakim onu tirbunaya dəvət edib məhkəmədə yalançı ifadə verməyin cinayyət məsuliyyəti olması barədə ona formal olaraq xəbərdarlıq etdi.Gədə key kimi sağa -sola boylanırdı. Hakimin bu xəbərdarlıqından sonra dönüb Seymura baxdı.Seymur ona him-cimlə, başla komandasını verdi.Bu arada hakimdə ona xitabən buyurun, eşidirik sizi deyib əliylə ona tirbunanı göstərdi.Yəni keç tirbunaya başla.Taksi şoferi-İbadəliyev Ceyhun Şəmməd oğlu hakimin səsinin qalınlığından ayılan kimi oldu və ayağını sürüyə-sürüyə tirbunaya yaxınlaşıb sözə başlad:" Heç.. nə... mən evdə oturmuşdum Elnaz məni çağırıb dedi Masazıra getmək lazımdı.Mən də gedib yoldan bir taksı tutdum getdik Masazıra..Mən binanın qabağında maşında oturdum ,onlar qalxdı yuxarı,bilmədim neçənci mərtəbəyə qalxdılar ,kimnən görüşdülər.Hakimin sən onların pul verdiklərini görmədin ki? sualına taksi şoferi bir az duruxub yox,mən aşağıda maşında oturmuşdum dedi.Taksi şoferinin bu cavabı Seymuru əsəbləşdirdiyi hiss olunurdı,O,üzü hakimə,arxası zala dayanıb danışan taksi şoferinin boynunın dalına hirsli-hirsli baxırd;.Görünür əvvəlcədən yəqin ki,pul müqabilində tutduqları bu bicarə taksı şoferinə pul vermə mərasimində iştirak etməsi barədə məhkəmədə şahidlik etməsini razılaşıblarmış.Ancaq taksı sürücüsi zaldakı abı-havanı gördü və hakimin ona formal şəkildə dediyi cinayyət məsuliyyəti xəbərdarlığı onu son anda fikirindən daşınmağa, ala- yarımçıq şahidlik etməyə vadar etdi ki,bu da Seymuru qəzəblədirirdi.Taksi şoferi verilən digər suallara da,dili dolaşa-dolaşa qeyri-müəyyən cavablar verdi.Nə getdiyi ünvanı dəqiq deyə bildi ,nə də getdikləri binanın nəm-nişanını .Bundan əlavə Elnazın qonşunun maşınıyla gedmişidik ifadəsini tamamı ilə təksib etdi.Elnaz bundan qabaq verdiyi ifadəsində qonşusunın taksi fəaliyyəti ilə məşğul olduğunu və onun maşınıyla getdiklərini demişdi.Bu isə Elnazın xahişi ilə yoldan taksi tutub gediklərini deyirdi.


Növbəti şahid iddiaçı Elzanın xalası Səmiyeva Firuzə Əziz qızı şahid qismində zala dəvət edilir . O, ifadəsində Elzanın toyunda iştirak etdiyini,Elzanın toydan sonra ərinə pul verdiyini telefonla ona zəng edib dediyini bildirir .Başqa heçnədən xəbərinin olmadığını ifadəsində dedi.


İddiaçıda,şahidlər də qıpqırmızı yalan danışırdılar. Mən gözləyirdim ki,hakim Mirələm Quluyev şahidi olduğu bu ağ yalanlardan sonra,prosesi davam etdirməyə lüzum görməyəcək və iddianın əsasız olmasına dair qərarını verəcək.Lakin Mirələm Quluyev heç bir səbəb göstərmədən prosesin növbəti həftəyə dək təxirə salınmasını elan edərək,iclası bitirdi.


-Növbəti həftə.Növbəti məkəmə iclası.Biz yenə də Qobustan rayon məhkəməsindəyik.Biz dəhlizdə məhkəmə iclasının başlamasını gözləyirik.Seymur bu dəfə yanında daha bir nəfər gətirib.Bu bir nəfər də Qobustan rayon məhkəməsinin dəftərxanasında çalışan Zaur Ağayevi (Bu həmən Zaur idi ki,Seymur çayxanada bizə demişdi iddia ərizəsini qəbul etdirmək üçün ona pul vermişəm) dəhlizin küncünə qısnayıb ona nəisə deyir,əl-qolunu ölçə-ölçə ona nəsə başa salmaqa çalışırdı.Zaur da dərsini bilməyən uşağın müəllim qarşısında duruşuna bənzər bir pozada dayanıb başını aşağa salıb dodaqaltı nəisə mızıldanırdı.Məhkəmə iclası başlayır və bu dəfə Seymur Elzaya bir vərəq uzadır və baş ilə vərəqi katibə verməsini işarə edir.Katib vərəqi hakimə ötürür. Hakim vərəqdən oxuyur ki,bəs Elza Həsənova Vaqif Osmanovu da cavabdeh kimi cəlb edilməsini istəyir.Hakim də Osmanov Vaqifin iclasda iştirak etməsinin vacib olmasını əsas gətirib iclası yenə də növbəti həftəyə qədər təxirə salır.


Kənar bir şəxsin məhkəmə işçisini tinə çəkib onunla belə amiranə bir tərzdə danışması və Hakim Mirələ Quluyevin məhkəmə iclasını başlayıbda tələsik təxirə salması bu prosesi mənimlə bərabər izləyən Rəcəb İsmayılovda da şübhələr yaratmışdı.Görünən o idi ki,Mirələm Quluyev çətin seçim qarşısında qalıb Nə əlinə dəlal Seymurin əlindən sürüşüb düşən müştərisini əldən buraxa bilirdi nə də ki,müştərisinin şərinə,böhtanına bir don geyindirib onun xeyrinə qətnamə çıxara bilirdi.Ona görə də bu cür oyunlarla süründürməçilik edirdi.Bəlkə də "peşəkar" hakim belə süründürməçilik edirdi ki,biz hər dəfə işimizi atıb Qobustana gəlməkdən bezək o.da çıxaracağı axmaq qərarı bizim qulağımız eşitmədən oxusun.Ancaq biz bezmədik növbəti həftə də onun təyyin etdiyi gün Qobustan rayon məhkəməsində oldıq. Bu dəfə Rəcəb İsmayılov bizimlə gəməmişdi çünki artıq unveristetdə dərslərin başlamasına iki gün qalmışdi və müəllim unveristetdə keçiriləcək iclasda iştirak etmək zərurətinə görə bizimlə gələ bilməmişdi.Məhkəmə binasının dəhlizində sakitlik idi,Seymur iddiaçı Elza Həsənovayla bir kənarda durub nə isə xosunlaşırdı.Zaur umumiyyətlə gözə dəymirdi.Hər dəfə biz gələndə əlində kağız-kuğuz gir-çıxda olan ,gözlərindən biclik yağan Zaur bu dəfə qeybə çəkilmişdi.Məhkəmə iclasının təyyin edildiyi saatdan bir saat sonra İclas zalının qapısı açıldı iclasın katibi bizi iclas zalına dəvət etdi.Biz keçib əyləşəndən 15-20 dəqiqə sonra Mirələm Quluyev zalın arxa qapısından ildırım surəti ilə zala daxil oldu.Katib "Qalxın hakim gəlir " komandası verdi.Biz qaxdıq.Mirələm Quluyev keçib öz yerində oturandan sonra bizə də əyləşin dedi.O,öz yerində-hakim kürsüsündə oturub masasının üstündəki sənədləri gözdən keçirtikdən sonra zala müraciət etdi: Sualı olan var? Cavabdeh söz istəyib ona qarşı aparılan şər-böhtan kompanyasının dəqiq araşdırılmasını ,iddiaçının və şahidlərinin iddia etdikləri kimi 28 iyul 2018-ci il tarixdə həqiqətən də onun ünvanına gəlib gəlməməsini müəyyənləşdirmək üçün xususi qərardad çıxardmaqla işi müvafiq hüquq mühavizə orqanlarına göndərilməsini hakimdən xahiş etdi.Hakim cavabdehin çıxışına heç bir reaksiya vermədən yenidən zala müraciət etdi: Yenə də sualı olan var? Iddiçı yerində qurcuxub Seymurun uzunə baxdi,Seymur yavaşca onun dizini basıb ,dinmə əmrini verdi.Mirələm Quluyev bir neçə saniyyə gözlədikdən sonra qarşısındakı qovluğu götürüb ayağa qalxdı.Məhkəmə məşvərətə gedir deyib zala daxil olduğu surətlədə zalı tərk etdi.10-15dəqiqə sonra O.yenidən zala qayıdıb məhkəmənin qərarını oxuyacağını elan edir.Və əlindəki vərəqdən qərarını oxumaqa başlayır.Oxuyanda dili dolaşır sözləri hecalayırdı. Mən mətəl qalmışam adam hakimdir amma öz yazdığı qərarı üzündən düz,əməlli oxuya bilmir.Xeyli çətinliklə də olsa axır ki,hökümünin qərar hissəsini oxuyub qurtarır.Onun qərarı ilə iddaçı Elza həsənovanın iddiası xalası qızı Quluyeva Elnaz Məmməd qızının şahidliyi əsaında təmin edilir.


Mən dözə bilməyib ayağa duraraq etiraz edirəm." Bu haqsızlıqdı,bu ədalətsizlikdi.İddiaçıda onun şahidi olan xalası qızıda gözgörəsi yalan danışırlar.Yalançı şahidə istinad eləyib məhkəmənin qərar çıxartması qeyri-qanunudir.Dövlətdən,dovlətin qanunlarını pozmaqdan qorxmursan heç olmasa Allahdan qorx.Sizdən Məhkəmə Hüquq Şurasına şikayyət edəcəyik..".Mirələm Quluyev sözümü yarıda kəsib bağırmaqa başladı: Nəəə? Məhkəmə Hüquq Şurasının adından Məhkəməyə xox gəlirsiz? Bu saat zalı tərk edin yoxsa polis cağıracam.Onun bu sözünə inandım.Bu şər dağarcığı polisdə çağırardı,bizi həbs də etdirərdi. Ona görə də sözümün ardını demədən sakitcə zalı tərk etdim.....


Sözün əsil mənasında sözün bitdiyi yer idi.Bakıya qayıdırdıq heç kim danışmırdı. Makler Seymurun çayxanada dediyi sözlər: "Bura Azərbaycandı...Bura Azərbaycandı Burada pulla istədiyin adamı şərləyə bilərsən.. Hakimə iki min verib qətnamə çıxardıracam..." sözləri qulaqlarımda əks-səda verirdi.


Yolu yarı eləmişdik sükutu Rəcəb Ismayılovdan gələn telefon zəngi pozdu.Salamlaşdıq . Məhkəmə iclası baş tutdumu? deyə nigarançılıqla soruşdu. Bəli müəllim. Dedim.Nəticə nə oldu?-tələsik soruşdu.Heç nə müəllim. Hakim maklerin xeyrinə qərar çıxartdı.Müəllimin səsi tutuldu ,hiss etdim ki,halı pisləşdi.Sinəsinin xışıltısını telefonda açıq-aydın eşidirdim.Bir neçə dəfə alo,alo dedim.Təsəlli üçün ona deməyə bir söz tapmırdım.Axı mən özümdə , özümdə deyildim,Şahidi olduğum bu haqsızlıq mənə elə mənəvi sarsıntı gətirmişdi ki,mən özüm təsəlliyə möhtac idim.Telefonu qulağıma tutub donub qalmışdım.Haçandan-haçana həmişə səbirli,təmkinli,aramla danışan Rəcəb müəllimin əsəb və nifrət dolu səsi gəldi:" Tufuu sənə şərəfsiz...Bax görürsən belə yaramaz məmurlardı Dövlətimizi gozdən salan,xalqı dövlətə qarşı qoyan,milləti üsyana sürükləyən".Düzdür müəllim .Allah bunların bəlasını versin.Deyə bildim və qeyri ixtiyarı telefonu qapatdım.Deməyə sözüm,danışmaqa halım yox idi.Əslində Rəcəb müəllimin bu qəzəbi,nifrəti,mənim üçün başadüşülən idi. O,Yeni Azərbaycan Partiyasının yarandığı ilk aylardan bu günə kimi partiyanın sıralarında dövlətmizə ,dövlətçiliyimizə təmannasız xidmət edən vətənpərvər bir ziyalı ,ömrünün ən mənalı çağlarını dövlətin,dövlətçiliyin təbliğinə həsr etmiş fədakar ictimayi xadim idi.O.daim biz gənclərə istər fərdi görüşlərimizdə,istərsə də rəsimi toplantılarda etdiyi çıxışlarda dövlətə,dövlətçiliyə sadiq olmağın imandan olduğu fikirini aşlayıb, yad, yabançı təsirlərdən uzaq durmaqı tövsiyyə edib.

İndi Dövlətin Mirələm Quluyev kimi imansız bir məmurunın dövlətin ən ali kürsüsündə oturub dövlətin müqəddəs qanunlarını nümayişkaranə bir tərzdə pozmasına bizimlə bərabər şahidlik etdikdən sonra bizə hansı dövlətdən,dövlətçilikdən danışacaq. Nəyi tövsiyyə edəcəkdi bizə zavallı pedaqoq?!


Redaksiyanın araşdırma şöbəsi



Şərh yaz