Axtarış...

Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. - Adamlar rəsmən düşmən olduqların nümayiş etdirirlər...

Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. - Adamlar rəsmən düşmən olduqların nümayiş etdirirlər...

Məlum olduğu kimi, bu ilin 16 sentyabrında İranın paytaxtı Tehranda təşkil olunan “Erməni olimpiadası” 10 gün davam edəcək.

Yarışa 9 idman növü üzrə 800 atlet qatılıb. İran, Ermənistan, Gürcüstan, Livan, Misir, Oman, İraq, Sudan, Yəmən və digər Orta Şərq ölkələrini təmsil edən idmançılar qüvvələrini sınayacaqlar. Qondarma Dağlıq Qarabağ rejimini təmsil edən idmançıların bu yarışlarda təmsil olunması barədə xəbərlər yayılıb. Hətta idman geyimlərində “Artsax” yazılmış idmançıların qondarma rejimin bayrağı ilə təmsil olunduqları bildirilir.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Əli Musəvi Cebhe.info-ya açıqlamasında qondarma "DQR"-in yarışda təmsil olunması xəbərini təkzib edib:

“Mənə İrandan verilən məlumata görə, Dağlıq Qarabağ adı altında olimpiyadaya heç kim getməyib. Videogörüntülərdə də "Qarabağ bayrağı" görünmür. Ermənistan tərəfindən olimpiyadada iştirak edən idmançılar elə Ermənistan adından qatılıblar”.

DİA.AZ-dan: Bəli, dəyərli oxucular. Bizim bu "müsəlman qardaşlarımız" olan fars-molla rejiminin Azərbaycandakı təmsilçiləri çox rahatlıqla "Qarabağ bayrağı" ifadəsini işlədərək özlərinin net düşmənçiliklərini ürəyimizi ağrıdan formada ifadə etməklə yanaşı, bizi ələ saldıqlarını da gizlətmirlər... Onların bu xudpəsənd açıqlamalarından da vəziyyətin mahiyyətini anlamaq çox asandır.

Nə deyirik... OLsun! Zatən düşmənlərimizi biz yaxşı tanıyırıq və düşməşiliyinizə yaxşı bələdik. Amma deyəsən, kimlərsə bizə bələd deyil. Tanrıdan sadəcə olaraq bir fürsət umuruq.... Bütün düşmənlərimizlə eyni anda hesab çürütmək üçün...


Daha çox xəbər

Şərh yaz