Lənkəranda bacıoğlu qadınla əlbir olub dayısını qətlə yetirdi



Lənkəranda intihar etdiyi düşünülən xərçəng xəstəsinin ölümü ilə bağlı təfərrüat məlum olub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə şəhər sakini, 63 yaşlı Eyvaz Yusubov əvvələr məhkum olunmuş bacısı oğlu tərəfindən tamah məqsədilə öldürülüb.

Qətl hadisəsi rayonun Liman şəhəri ərazsində baş verib. Belə ki, E.Yusubovun meyiti yaşadığı Rəsul Rza küçəsindəki evində qonşuları tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb.
E.Yusubovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə aparılıb. Meyitin ilkin müayinəsi zamanı onun üzərində zorakılıq ələmətlari aşkarlanıb.

Tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş - E.Yusubovun bacısı oğlu Vidadi Hüseynov, Emil Quliyev və Vüsalə Mirzəyeva saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, E.Yusubov bir müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Oxşar xəbərlər
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət