Axtarış...

Bu terrorçular haqda informasiya verən 5 milyon mükafat alacaq

Bu terrorçular haqda informasiya verən 5 milyon mükafat alacaq

ABŞ Dövlət Departamenti “Əl-Qaidə”nin qolu olan və Suriya ərazisində fəaliyyət göstərən “Xurras Ad-Din” qruplaşmasının liderləri barəsində məlumat verən hər kəsə 5 milyon dollar ödəməyə hazırdır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət suriyalı Faruk Suriya, Misirdən olan Abu Abdulkərim Əl-Misri və iordaniyalı Sami Uraydidən gedir. Onların hamısı “Əl-Qaida” terror təşkilatının ali səviyyəli rəhbərləridir. Onların qruplaşmanın rəhbəri Ayman Zəvahiri qarşısında and içdikləri də məlumdur.
Faruk Suriya “cihad veteranı” hesab olunur. O, “karyerası”na 90-cı illərdə Əfqanıstandakı müharibə zamanı başlayıb. İraqda “Əl-Qaidə”nin yaraqlılarını hazırlaşdırandan sonra Suriyaya qayıdıb və burada ölkənin hökumət qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.
Abu Abdulkərim Rusiyada hər şeydən öncə öz adından Moskva və Vaşinqtonun ünvanına çoxsaylı hədə-qorxu yaymaqla tanınır. O, həmçinin “Xurras Ad-Din” və “Hayat Tahrir Aş-Şam”ın cihadçıları arasında qarşılıqlı münasibətlərdə vasitəçidir. Misirli “Əl-Qaidə”nin Suriya ərazisindəki canişinlərindən biri də hesab olunur. Dəqiqləşdirilməmiş məlumata görə, o, “Xurras Ad-Din”in ali şurasına daxildir.
Qruplaşmanın islamçı alimi və şəriət məhkəməsinin rəhbəri Sami Uraydi 2001-ci il sentyabrın 11-dətörədilən terror aktının ildönümü ilə bağlı video çarxlarda görünüb. Buna görə də ABŞ hökumətinin onu ələ keçirmək arzusu tamamilə başa düşüləndir.


Daha çox xəbər

Şərh yaz