Axtarış...

Ermənistanda avtomobil idxalatçıları etiraz aksiyası keçirib

Ermənistanda avtomobil idxalatçıları etiraz aksiyası keçirib

Ermənistanda avtomobil idxalatçıları hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onlar Gümrüdə yeni avtomobil gömrük məntəqəsinin tikintisinə etiraz ediblər.

“Gümrüdə yeni avtomobil gömrük məntəqəsi tikilir. Bu, o deməkdir ki, Yerevan və başqa şəhərlərdən adamlar gömrük rəsmiləşdirilməsi aparmaq üçün Gümrüyə gəlməlidir . Bu, sadəcə olaraq mümkünsüzdür. Mən baş nazirə sual vermək istəyirəm. Hər gün gömrükdə minlərlə maşın sənədləşdirilir. Siz yollarda neçə qəzanın olacağını təsəvvür edirsizmi? Bundan başqa, təkərlər dəyişdirilməli və 2-3 gün Gümrüdə qalmaq lazımdır”, - deyə Avtomobil sürücülərini müdafiə liqasının sədri Tiqran Ovannisyan bildirib.

Onun sözlərinə görə, bu məntəqə fəaliyyətə başlasa 3 aydan sonra avtomobil idxalatçıları işsiz qalacaq.


Daha çox xəbər

Şərh yaz