Axtarış...

Kriştiano Əliyə çatır



Dünən “Avro-2020”nin Litvaya qarşı səfər matçında Portuqaliya millisinin 5:1 hesabı ilə qalib gəldiyi matçda Kritştiano Ronaldo 4 qol vurub.

Qol.az xəbər verir ki, bununla da 34 yaşlı hücumçu millidəki qollarının sayını 93-ə çatdırıb.

Qeyd edək ki, milli komandalar tarixində ən çox qolu İran millisinin hücumçusu, Azərbaycan türkü Əli Daeiyə məxsusdur (109 qol). Bu isə o deməkdir ki, Ronaldonun soydaşımıza çatmasına 16 qolu qalıb. Bundan başqa, Litva Ronaldonun qol vurduğu 40-cı milli komanda olub.

Əlavə edək ki, Kriştiano millidə 160 matç keçirib. Bu göstəricidə Avropa rekorduna çatmaq üçün ona 16, dünya rekordu üçün isə 24 matç lazımdır.



Şərh yaz