Axtarış...

Müxalifətə dəstək verən keçmiş nazir və onun əlaltısı olan icra başçısı... - FAKTLAR AÇILIR...

Müxalifətə dəstək verən keçmiş nazir və onun əlaltısı olan icra başçısı... - FAKTLAR AÇILIR...

Sabiq vergi naziri Fazil Məmmədovun hələ də vəzifə başında qalan kadrı Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur. Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və F.Məmmədovun “vuran əli” sayılıb.

Hələ 2014-cü ildə musavat.com yazmışdı ki, Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də keçmiş nazir onu Şəmkirə göndərib.

Bu faktları təsadüfi olaraq xatırlamadıq. Belə ki, DİA.AZ-a daxil olan mənbələrdən aydın olana görə, son günlər iqtidar-müxalifət düşərgəsinin əsas polemika mövzularından birinə, daha dəqiqi birincisinə çevrilən keçmiş nazirlərin müxalifəti maliyyələşdirməsi məsələsində Fazil Məmmədovun adı əsas "şübhəli"lərdən biri kimi çəkilməkdədir.

Bununla bağlı dia.az-a danşan mənbə bildirir: "Bu işdə Fazil Məmmədov ən şübhəli fiqurdur. Bu vaxta qədər yerli KİV-də də belə iddialar səslənib. Bu məsələdə ona dəstək verə biləcək şəxs isə heç şübhəsiz Alimpa.a Məmmədovdur".

Qeyd edək məlumatlı mənbə dia.az-a müəyyən ittihamların yer aldığı iddia dolu məqalə də təqdim edib. Həmin materialı da müəyyən incələmədən sonra diqqətinizə çatdıracağıq. Diqqətiniz bizdə olsun...

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az


Daha çox xəbər

Şərh yaz