Axtarış...

Tərəfdarları Koçaryanın azadlığı tələbi ilə aksiya keçirib

Tərəfdarları Koçaryanın azadlığı tələbi ilə aksiya keçirib

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Yerevan ümumi məhkəməsinin Kentron və Nork-Maraş iqamətgahları yaxınlığında aksiya keçiriblər.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onlar R.Koçaryanın azad olunumasını tələb ediblər.

Aksiya iştirakçıları keçmiş prezidentin azadlığa buraxılması ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsi qərarının icrasını istəyiblər. Robert Koçaryanın vəkili Vaqe Yeprikyan bildirib ki, məhkəmə müvəkkili dərhal sərbəst buraxmalı və barəsində çıxarılan həbs qətimkan tədbirinin ləğvi ilə bağlı iclas keçirməlidir.

Bildirilib ki, məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.



Şərh yaz