Axtarış...

Şirəliyevin ŞİRƏLİ SƏHİYYƏSİ... - İTTİHAM

Şirəliyevin ŞİRƏLİ SƏHİYYƏSİ... - İTTİHAM

Əvvəli(https://konkret.az/bir-daha-derman-mafiyasi-haqqinda-arasdirma – I yazı, https://konkret.az/bir-daha-derman-mafiyasi-haqqinda-arasdirma- II yazı)

Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Maraqlıdır ki, bu şirkət barədə elan olunan ittihama görə, “Epidbiomed” və “Sanimed” MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olaraq, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Beyləqan Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Beyləqan MRX-nın 2013-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “psixotrop, zərdab, vaksin, rentgen və flüoqrafiyada işlənən mallların” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2013-cü ildə 36 877, 95 (otuz altı min səkkiz yetmiş yeddi manat, doxsan beş qəpik) manat, 2014-cü ildə isə 39 976,3 (otuz doqquz min doqquz yüz yetmiş altı manat, otuz qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Beyləqan MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 76 854, 25 (yetmiş altı min səkkiz yüz əlli dörd manat, iyirmi qəpik) manat təşkil edib.
Hacıqabul Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Hacıqəbul MRX-nın 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “vaksinlərin, zərdabların və şprislərin”, “dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2011-cü ildə 5 985 (beş min doqquz yüz səksən beş) manat, 2013-cü ildə isə 199 345,88 (yüz doxsan doqquz min üç yüz qırx beş manat, səksən səkkiz qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Hacıqabul MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 205 330, 88 (iki yüz beş min üç yüz otuz manat, səksən səkkiz qəpik) manat təşkil edib.
İmişli Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC İmişli MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının ”satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2012-ci ildə 153 959 (yüz əlli üç min doqquz yüz əlli doqquz)manat, 2013-cü ildə 950 847, 6 (doqquz yüz əlli min səkkiz yüz qırx yeddi manat altmış qəpik) manat,2014-cü ildə isə 475 944, 42 (dörd yüz yetmiş beş min doqquz yüz qırx dörd manat, qırx iki qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə İmişli MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 1 580 751, 02 (bir milyon beş yüz səksən min yeddi yüz əlli bir manat, iki qəpik) manat təşkil edib.
Kürdəmir Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Kürdəmir MRX-nın 2010-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “vaksin və zərdabların, rentgen-plyonka və reaktivlərin” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 60 985,6 (altmış min doqquz yüz yetmiş beş manat, altmış qəpik) manat, 2012-ci ildə isə 16 948,17 (on altı min doqquz yüz qırx səkkiz manat, on yeddi qəpik) manat, 2013-cü ildə 21 406, 49 (iyirmi bir min dörd yüz altı manat qırx doqquz qəpik) manat, 2014-cü ildə isə 22 000 (iyirmi iki min) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Kürdəmir MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 121 340, 26 (yüz iyirmi bir min üç yüz qırx manat, iyirmi altı qəpik) manat təşkil edib.
Kəlbəcər Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Kəlbəcər MRX-nın 2014-cü ildə həyata keçirdiyi dövlət satılmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2014-cü ildə 105 989, 89 (yüz beş min doqquz yüz səksən doqquz manat, səksən doqquz qəpik) manat dəyərində tenderin qalibi olub.
Qax Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Qax MRX-nın 2010-2011-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “ümumi təyinatlı dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 174 995 (yüz yetmiş dörd min doqquz yüz doxsan beş) manat, 2011-cü ildə isə 174 995 (yüz yetmiş dörd min doqquz yüz doxsan beş) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Qax MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 349 990 (üç yüz qırx doqquz min doqquz yüz doxsan) manat təşkil edib.
(ardı var)

P.S. Mövzu ilə əlaqədar adıçəkilən qarşı tərəflərin mövqeyini də dinləməyə və dərc etməyə hazırıq.


Daha çox xəbər

Şərh yaz