SOS: “Səba” toyuğu aldı və evi üfunət bürüdü – Foto





“Bu həftə «Səba»dan aldığım ikinci toyuğu da zibil yeşiyinə tullayıram. Utanmaz-utanmaz üzərinə də halal yazırlar”.

Reportyor.info xəbər verir ki, bu sözləri feysbuk səhifəsində Elvira Məmmədova yazıb. Onun sözlərinə görə, 3-4 gün bundan əvvəl “Bravo” marketdən “Səba” toyuğu alıb: “Evə gətirdim, açdım bağlamanı və üfunət iyindən dayanmaq mümkün olmadı. İndi isə evin yanındakı marketdən aldım və içərisi belə çıxdı”. İstehlakçı toyuğun fotolarını paylaşıb və belə aydın olur ki, xarab məhsuldur. Ümumiyyətlə, “Səba” toyuqlarının Geni Modifikasiya olunmuş olduğu iddia edilir. Qeyd edək ki, “Səba” İstehsalat Birliyi bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.

Lakin burada qaranlıq bir məqam var ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb. Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov kəskin və dəqiq cavab vermişdi: “Əgər ölkədə GMO-nu təyin edən laboratoriya yoxdursa, kim sübut edə bilər ki, o məhsulun tərkibində GMO yoxdur. Fransa, Rusiya və digər Qərbi Avropa alimləri “Monsanto” şirkəti ilə işləməyi qadağan ediblər. Onların istehsal etdiyi qarğıdalını yiyən siçovul ölür, insanlar da cürbəcür xəstəliklərə, əsasən də xərçəngə düçar olurlar. Mən şəxsən iki ay yarım Türkiyədə oldum, bir çox xəstəxanaları gəzdim. Sizi inandırım ki, oradakı Azərbaycandan və digər xarici ölkələrdən gələn xəstələrin 99 faizinin hamısı xərçəng xəstəsi idi. Bunun da səbəbi yediyimiz bu GMO məhsullarıdır. Kim təminat verə bilər ki, Türkiyənin biznesmenləri təmiz insanlardır. Bilirsinizmi, pul olan yerdə hər şey taptalanır”. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında GMO-dan danışmışdı: “Mən bir müddət öncə Zakir müəllimlə (“Səba” İstehsalat Broylerin direktoru) ünsiyyətdə dedim ki, “siz toyuqlara yem kimi nə verirsiniz? O, qidaları sadalayaraq gəlib çıxdı soya ununa. Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan. Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir. Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır”.


Reportyor.info
SOS: “Səba” toyuğu aldı və evi üfunət bürüdü – Foto



Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət