Axtarış...

Deputatın oğlu məhkəməyə verildi - aldığı krediti qaytarmır...

Deputatın oğlu məhkəməyə verildi - aldığı krediti qaytarmır...

Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib.

FED.az xəbər verir ki, Elçin Ağamalıya qarşı iddia «PAŞA Bank» tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC-ni, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələr.

Hazırda icraat dayandırılıb. Məhkəmə tərəfindən ekspertiza təyin edilib. Millət vəkili Fəzail Ağamalı FED.az-a məsələdən xəbərsiz olduğunu bildirib.


Daha çox xəbər

Şərh yaz