Ramiz Zeynalovun qaynı oğlunu qətlə yetirən şəxs MƏMUR OĞLUDUR - Belə deyirlər...

Ramiz Zeynalovun qaynı oğlunu qətlə yetirən şəxs MƏMUR OĞLUDUR - Belə deyirlər...

Avqustun 31-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu 35 yaşlı Fərid Məmmədzadə ürək nahiyəsindən bıçaqlanıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Artıq polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb.

Məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev F.Məmmədzadəni bıçaqlayıb. Şübhəli bilinən Bakı şəhər sakini H.Babaverdiyevlə yanaşı, C.Cavadlı və R.Bünyatzadənin də saxlanıldığı bildirilir. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

“Hürriyyət”ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qaynı oğlu Fərid Məmmədzadəni qətlə yetirən şəxs məmur oğludur. Bildirilir ki, həmin şəxs Ağsunun keçmiş deputatı Ərəstun Cavadovun Niyazi adlı qardaşının oğludur. Niyazi Cavadov özü isə Ərəbmehdibəy kəndinin bələdiyyə sədridir. Məlumatda o da qeyd olunur ki, hadisə həqiqətən maşına yol verməmək üstündə baş verib.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət