Axtarış...

DGK sədrinə daha bir ÇAĞIRIŞ... - "Uduzduğunuz 39697 manat vəsaiti niyə ödəmirsiniz?"

DGK sədrinə daha bir ÇAĞIRIŞ... - "Uduzduğunuz 39697 manat vəsaiti niyə ödəmirsiniz?"

“Son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə bizə təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər. Amma onlar bizi ruhlandırır”. DİA.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Real TV-yə müsahibəsində deyib. O, bildirib ki, əgər neqativ hallar varsa, məsələnin həlini məhkəmələrdən almaq olar, nəinki sosial şəbəkələrdən:

“Əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər. Biz də onlara tam dəstək verəcəyik. Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək”.

DİA.AZ bldirir ki, hər halda Səfər Mehdiyev bu açıqlaması ilə əslində İCTİMAİ RƏYİ hansı dərəcədə diqqətə aldığın, əslində isə bu rəylərin, şikayətlərin onun üçün əhəmiyyətsiz olduğunu nümayiş etdirmiş olur.

Elə dia.az-a yazan sahibkar Mədəd Quluzadə də bizimlə eyni qənaətdədir. Narazı sahibkar bildirir:

"Həmin Səfər Mehdiyev əgər dediyinə özü inanırsa, onda "ULDUZ-ELEKTRON" MMC-yə uduzduğu 39697 manat vəsaiti niyə ödəmir? Həmin təzminatı ödəməyə DGK Astara Gömrük İdarəsini borclu edən Natiq Cəfərli barəsində niyə ölçü götürmür? Ona görə "uduzan Səfər Mehdiyev" deyirik ki, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini şəxsən Səfər Mehdiyev özü imzalamışdır və 39697 manat təzminatı uduzmuşdur".

Onu da qeyd edək ki, dia.az olaraq yazdıqlarımıza DGK tərəfindən həqiqətən də heç bir sağlam reaksiya görməmişik və hər dəfəsində edilən şikayətlərə DGK-dan mətbuata hədə dolu reaksiyalar gəlib, KİV haqqında qanun xatırladılıb.

Halbuki hörmətli DGK-da çalışanlar da yaxşı bilir ki, təmsilçisi olduğumuz sahəyə aid qanunları, habelə dövlətimizin bütün qanunlarını onlardan qat-qat yaxşı bilirik və qanunlara əməl etməkdədyik. Amma maləsəf, görünəni odur ki, DGK qanunların yanından keçməyə daha çox maraqlıdır, nəninki qanunlara riayət etməyə...(dia.az)


Daha çox xəbər

Şərh yaz