Axtarış...

Suriyadakı problem siyasi yolla həll olarsa ordumuz oranı tərk edər - Çavuşoğlu

Suriyadakı problem siyasi yolla həll olarsa ordumuz oranı tərk edəcək, ancaq rejim siyasi həll yoluna inanmır. SalamNews "Haberler"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu norveçli həmkarı ilə görüşdən sonra jurnalislərə açıqlamasında deyib.

Çavuşoğlu bildirib ki, İdlibdəki hücumlar Avropaya yeni miqrant dalğası ilə nəticələnə bilər.

O, Rusiyanın rejim qüvvələrinin TSQ müşahidə məntəqələrinə hücum etməyəcəyinə dair zəmanət verdiyini də vurğulayıb.



Şərh yaz