Alimpaşa Məmmədov yeni "sezon"a hazırlaşır... - İTTİHAM

Alimpaşa Məmmədov yeni "sezon"a hazırlaşır... - İTTİHAM


Şəmkir rayonu ictimaiyyəti adndan DİA.AZ-a ünvanlanan şikayət məktubunda bildirilir ki, bu gün rayon ərazisində fəaliyyətdə olan təhsil müəssisələrinin hər birinə yerli icra hakimiyyəti tərəfindən qanunsuz basqılar mövcuddur.

Belə ki, DİA.AZ-a yazlan müraciətə görə, Şəmkirdə yeni dərs ili tədarükü ilə bağlı RİH tərəfindən də özünəməxsus addımlar atılmaqdadır. DİA.AZ-a yazılanlarda bildirilir:

"Birbaşa olaraq Alimpaşa Məmmədov tərəfindən rayon orta məktəblərinin direktorlarına tapşırıq verilib ki, onların hər biri RİH-in fonduna 1000-1500 manat arası vəsait köçürməlidir. Guya yığılan pullar məktəblərin ətraflarında abadlıq işlərinin həyata keçirilməsinə sərf olunacaq. Artıq bir neçə orta məktəb direktoru icra başçısı adından verilən bu "tapşırığa" əməl etmək məcburiyyətində qalıb. İcra hakimiyyətinin tələblərinə əməl etməyənlər isə aşkar şəkildə hədələnir. Halbuki artıq RİH-lə təhsil ocaqları arasnda hansısa hüquqi təsir imkanları mövcud deyil".

Mənbə iddia edir ki, bütün bu işlərdə Alimpaşa Məmmədovun əlaltısı kimi çıxış edən yerli təhsil idarəsinin də hanssa maraqları olmamış deyil: "Hər halda ortada aşkar canfəşanlıq faktı var və pulu verməyənlər məhz təhsil idarəsi tərəfindən basqıya məruz qalır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq...
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət