Axtarış...

Türkiyə üçün Rusiya Ukraynanın alternativi deyil

Türkiyə üçün Rusiya Ukraynanın alternativi deyil

Türkiyə Rusiya ilə münasibətləri Ukrayna ilə əməkdaşlığın alternativi olaraq gormur. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mevlüt Çavuşoğlu Tallində estoniyalı həmkarı Urmas Reynsalu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Çavusoğlunun sözlərinə görə, Ankara yalnız Rusiya ilə deyil, eyni zamanda bir çox ölkələr ilə müsbət əlaqələri inkişaf etdirir, bura Ukrayna və Estoniya da daxildir.

"Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın qanunsuz ilhaqını tanımır. Amma zəzi Qərb ölkələri haqqında bunu demək olmaz, onlar bu faktı bəzən unudurlar", o deyib.



Şərh yaz