Əkbər Hacıyev üçün bu camaatn bir önəmi varmı? - GİLEY

Əkbər Hacıyev üçün bu camaatn bir önəmi varmı? - GİLEY

Tovuzun Çataq kənd sakini Faiq Səttarovun 43 yaşı var. İkinci qrup əlildir. Dörd azyaşlı övladından ikisi əlildir. Üstəlik, 90 yaşlı əlil atası da onun himayəsdindədir. DİA.AZ-ın məlumatna görə, Faiq Səttarov deyir, təqribən 3 il əvvəl evlərinin təxminən 30-40 metrliyindən qaz xətti çəkilib. Ancaq Çataq əhalisi üçün yox, qonşu kəndlər üçün... Halbuki, bu kənd də 30 ilə yaxındır ki, yanacaqsızdır. Ancaq aidiyyəti qurumlar kəndin qazlaşdırılmasına diqqət ayırmırlar.

Faiq Səttarov danışır: “Sovet dövründə kəndimizdə mavi yanacaq vardı. Sovet dağılandan sonra qazın təzyiqi getdikcə zəiflədi, sonra yerli-dibli kəsildi. Rayonun qaz istismar sahəsinin işçiləri qaz xətlərini hissə-hissə doğrayıb satdılar. Üç il əvvəl qaz idarəsinin fəhlələri kəndə gətirib təzə qaz boruları yığanda sevindik. Fikirləşdik ki, nəhayət, kəndimizdə qaz olacaq, adamların canı meşəbəyi ilə üz-göz olmaqdan qurtaracaq. Sonra məlum oldu ki, bu qaz boruları qonşuluqdakı Muncuqlu, Qaralar, Şıxheybət kəndlərinə çəkilir, sadəcə, bizim kənddən keçir. Boruların kəndimizə düşən hissəsində qazpaylayıcı qoyulmayıb. Əhali dəfələrlə qaz idarəsinə müraciət edib, hər dəfə də əhaliyə deyirlər ki, kim istəyirsə, gətirib 3 min manat versin, evinə qaz çəkdirsin”.

Əhali yanacaq problemini yaxınlıqdakı meşə ağaclarının hesabına həll etməyə çalışır. Son illər odunla bağlı qadağaların sərtləşdirilməsi əhalinin əlini meşədən də üzüb:

“Ya 400 manat verib maşınla oldun almalısan, ya da meşədən çır-çırpı yığıb istilik məsələsini həll eləməlisən. Məsələn, mənim evim 6-7 ay odunla qızdırılır. 3 azyaşlı uşaq, onlardan ikisi əlil, özüm əlil, atam əlil... Aldığımız pensiyaları üst-üstə yığıb ildə bir neçə dəfə uşaqları Bakıya – müalicələrə aparıram. Hər dəfə 2 min manatdan çox xərcim çıxır. 400 manatlıq odun heç 3 ay bəs eləmr. Qızım evdə fərdi təhsil alır. Müəllimi ona dərsləri qonşu otaqda keçir deyə, məcbur oluruq ki, həmin otaqda da odun qalayaq. Ailəlikcə bütün pensiyalarımızı bir yerə toplasaq da, qışın odun tədarükünə çatmaz. Üstəlik də dediyim kimi, uşaqların müalicəsi, öz müalicəm, bizim dərmanlarımız...”

Faiq Səttarov odun daşımaq üçün kustar üsulla balaca traktor da düzəldib. O, hər il payıza az qalmış özünün kustar üsulla düzəltdiyi kiçik traktorla meşəyə gedir, çır-çırpı, çürük odun parçaları yığır. Ancaq ötən qış ona meşəyə yaxın düşmək çətin olub:

“Uşaqla gedirəm ki, mənə kömək eləsin. Meşəbəyi üstümüzə tüfəng tuşladı, dedi, meşəyə girsəniz, atəş açacam. Uşaq möhkəm qorxdu. Dedim, müharibə veteranıyam, üstəlik də, qolumu-qıçımı “laqunda” doğrayıb, əlil adamam, mən burda ağac kəsmirəm, pullu adamların kəsib maşınlara yükləyib apardığı ağaclardan qalan qalıqları toplayıram. O da meşə idarəsinə zəng vurdu, dedi, burda bir müharibə əlili var, meşədən odun yığıb aparmaq istəyir. Meşə idarəsində danışdığı hər kim idisə, dedi, qələt eləyir, meşədən bir dənə odun aparsa, gəlib onun başını bədənindən qopardaram”.
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət