Axtarış...

Ağır xəstə olan məhkumdan şok iddialar: - “Dərmanlar aptekə daşınır...”

Ağır xəstə olan məhkumdan şok iddialar: - “Dərmanlar aptekə daşınır...”

Hazırda həbsdə olan Səmədov Əli Azər oğlu anası vasitəsi ilə ölkə mediasına müraciət edib.
“Yeni Sabah”a daxil olan müraciətdə o Cinayət Məcəlləsinin 120.1 və 128 maddələri ilə Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il azadlıqdan məhrum edildiyini bildirib. Ə. Səmədov hal-hazırda 7 saylı Cəzaçəkmə Müəsisəsində cəzasının qalan hissəsi çəkdiyini qeyd edib.

Şikayətçi Cəzaçəkmə Müəsisəsinin Müalicə korpusu ilə bağlı problemləri dilə gətirib. Hazırda ağır xəstəlikdən əziyyət çəkən Səmədov Əli Cəzaçəkmə müəsisəssinin onun müalicəsinə laqeyid yanaşdığını bildirib. Məhkum bir sıra sərt ittihamlar da irəli sürüb.

Onun sözlərinə görə, müalicə üçün hər həftə müəsisəyə daxil olan 100 minlərlə manatlıq dərmanlar sonradan təcili yardım maşınlarında müəsisənin müdiri Nicat Cəlilovun şəxsi apteklərinə daşınır və orda satılır. Səmədov Əli iddia edir ki, sonda satışdan əldə edilən pullar isə həm Nicat Cəlilova, həm də tibb baş idarəsinin yüksək vəzifəli şəxslərə çatır.

Məhkum müraciətində bildirib ki, Müalicə müəssisəsinə daxil olan dustaqlar yataqla təmin edilməmiş ilk növbədə Nicat Cəlilovun müavinləri tərəfindən qəbul edilir və onlara şərtlər söylənilir:

“Müəssisədə 3 ay qalmağın mümkün olduğunu, 1-ci ay 150 manat, 2-ci ay 200 manat, 3- cü ay 300 manat lazım olduğunu deyir. Bu qiymətlər dəyişəndir, bəzən 500 manata qədər qalxa bilir. Pulu ödəyə bilməyən kasıb, kimsəsiz məhkumlar isə rəhbərliyin və baş həkim Nicat Cəlilovun əmri ilə əməliyyat şöbəsinin işçiləri tərəfindən cəza çəkdikləri müəssisəyə geri qaytarılırlar”.

Göyçay sakinin daha bir narazılığı məhkumların yanına gəlmək istəyən yaxınlarından rüşvət alınması ilə bağlıdır. Məhkum bildirib ki, görüşə gələnlər əvvəlcə 50 manat pul ödəməli olurlar. O, qeyd edir ki, bu barədə bir neçə dəfə zəng vurub şikayət etsə də, məsələnin həll ediləcəyi ilə bağlı boş vədlər verilib.

Səmədov Əlinin şikayətləri bununla da bitmək bilmir. O, qeyd edib ki, iki ay şəxsi hesabına müalicə alsa da, heç bir nəticə olmayıb. “Müalicə olunduğum müddətdə 50, 100 manata görə bir neçə məhkumun ayaqlarının kəsildiyinin şahidi oldum. Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məni “bizdən şikayət etdiyin üçün sənə üçün pis olacaq” deyə hədələdi”.

Məhkumun əsas şikayətlərindən biri əlillik təqaüdü ilə bağlıdır. O, iddia edir ki, müalicə müddətində həkim ona əlillik düşdüyünü desə də, Cəzaçəkmə müəsisəsinin müdiri Nicat Cəlilov bunun üçün 2000 manat pul verməli olduğunu deyib.

Səmədov Əli sonda, ağır xəstəlidən çox əziyyət çəkdiyini və qardaşının 1-ci qrup hərbi əlil, atasının isə 2-ci qrup əlil olduğunu bildirib. O, köməksiz qaldığını və aidiyyatı orqanlardan ona kömək olunmasını, şikayətlərinə ədalətli şəkildə cavab verilməsini xahiş edib.
“Yeni Sabah”


Daha çox xəbər

Şərh yaz