Axtarış...

Püşkatmanın vaxtı açıqlandı - Çempionlar Liqası




Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.

Millitv.az UEFA-ya istinadən xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi avqustun 29-u, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Çempionlar Liqasının qrup mərhələsinə ötən mövsümün qalibi “Liverpul”, Avropa Liqasının qalibi “Çelsi” birbaşa vəsiqə qazanıb. Həmçinin pley-off mərhələsində qalib gələn 6 komanda qrupda oynamaq şansı qazanacaq. Ümumilikdə 8 qrup üzrə 26 komanda yarışacaq. Qrupda ilk 2 yeri tutan komandalar ÇL-də mübarizəni pley-off-da davam etdirəcək.

Əlavə olaraq yüksək reytinqi olan bu ölkələrin komandalar qrup mərhələsində birbaşa iştirak edəcək.

İspaniya: “Barselona”, “Real”, “Atletiko”, “Valensiya”

İngiltərə: “Mançester Siti” “Liverpul” “Çelsi” “Tottenhem”

İtaliya: “Yuventus”, “Napoli”, “İnter”, “Atalanta”

Almaniya: “Bavariya”, “Borussiya” “Bayer”, “Leyptsiq”

Fransa: PSJ, “Lion”, “Lill”

Rusiya: “Zenit”, “Lokomotiv”

Portuqaliya: “Benfika”

Ukrayna: “Şaxtyor”

Belçika: “Genk”

Türkiyə: “Qalatasaray”

Avstriya: “Zalsburq”

Qeyd edək ki, qrup mərhələsinin ilk matçları 17-18 sentyarda keçiriləcək.



Şərh yaz