Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...

Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...

"Cənab Pezident! 20 ildən artıqdır ki, vətənim Azərbaycanda yaşasam da doğma yurdumun VƏTƏNDAŞI olma haqqına malik deyiləm". Bu sözlər Prezident İlham Əliyevə ünvanlanan müraciətdəndir. Müraciət müəllifi olan "Vertikal.Az" saytının rəhbəri Vüsal Hacıoğlu (Yusubov) bildirir ki, bütün ailə üzvləri Azərbaycan vətəndaşı olsa da, məhz məmur bürokratiyası, bürokratik əngəllər səbəbindən bu günə kimi arzusuna - Azərbaycan VƏTƏNDAŞLIĞINA qovuşa bilməyib.

Baş redaktorun Prezidentə ünvanladıği müraciətində deyilir:

"Cənab Prezident! 20 ildən artıqdır ki, Azərbaycanda yaşayıram, bütün ailə üzvlərim Azərbaycan vətəndaşıdır. Vətənimə bir layiqli oğul övladı böyüdürəm. Özüm də, övladım da bu vətənə fədayıq.

Amma maləsəf, illərdir ki, mənim vətəndaşlıq arzum məhz məmur bürokratiyası səbəbindən həyata keçməyib.

Cənab Prezident! Özüm mətbuat işçisiyəm. Kirayədə yaşayaraq vətənimə layiqli övlad böyütməyə çalışıram. Tək istəyimiz təbii ki, vətənimiz Azərbaycanın ucalması, dünya düzənində layiqli yerini tutması və ən ümdəsi - Qarabağımız qarışıq bütün işğal olunmuş torpaqlarımızın azadlığıdır!

Cənab Prezident! Bu gün mənim üçün Azərbaycan vətəndaşlığı müqəddəs bir dəyərdir! Və mən kimlərinsə Azərbaycan vətəndaşlığını hansısa cılız maraqlara qurban verdiyini görəndə ürək ağrısı keçirməyə bilmirəm. Yəni bu ŞƏRƏFDƏN bu qədər asandırmı imtina etmək?

Cənab Prezident! Xahiş edirəm, mənim Azərbaycan vətəndaşı adı almağıma gərəkən köməkliyi edəsiniz".
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət