Axtarış...

Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək



Sentyabrın 13-də violonçel ifaçısı Camal Əliyevin Qreyşotda (Böyük Britaniya, Hempşir) konserti olacaq. O, LMP (London Mozart Players) Kamera Orkestri ilə birgə çıxış edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və orkestrin saytlarında yer alıb. Konsertdə P.Çaykovskinin “Rokoko mövzusunda variasiyaları” səsləndiriləcək.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub


Daha çox xəbər

Şərh yaz