Vilayət Eyvazov yeni polis rəisi təyin etdi


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.

Oxu.Az xəbər verir ki, nazirin müvafiq əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Bundan sonra sözügedən vəzifəni polis polkovnik-leytenantı Samir Həsənov icra edəcək.

Qeyd edək ki, S.Həsənov buna qədər Bakı şəhər Nərmanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin rəisi işləyib.
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət