200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat

“Lerik Relax”ın vergidən yayınması haqqında bilgilər bu günümüzün Azərbaycan gerçəkliyini tam çılpaqlığı ilə ortaya qoydu. Heç demə, ucdantutma irili-xırdalı məmurların, deputatların “gündəlik tumçırtdama” xərcini qarşılayan iri sahibkarlıq obyektləri dövlət büdcəsinə gündə heç bir tum paketinin qiyməti qədər də vergi ödəmirlərmiş. İldə 972 manat vergi ödədiyi açıqlanan bu yekəlikdə məmur -deputat obyektinin ayda 81 manat sadələşdirilmiş vergi ödəyicisi kimi uçotda durduğunu hesablamaq çətin deyil. Paradoksa fikir verin, ortalıq 150-200 manat civarında pensiyaya göz dikən əlillərin sahibkarlıq fəaliyyətindən dövlət büdcəsinə ödənilən vəsait məmur sahibkarların ödədiyindən 250 dəfə (!) çoxdur ! Əlildən 25 dəfə çox donluq alan deputat, məmur ondan 250 dəfə az vergi ödəyir!

Fakta üz tutaq, nədən fakt olmasa, bu vurğuladıqlarımın heç bir tum çırtdaması qədər dəyəri olmaz . Mirşahin bəy demiş, faktdan başqa fakt yoxdur, jurnalist də onun elçisidir. Ağsu rayonu, Ağsu şəhərində yaşayan gözdən əlil Asəf Babaşov 15 ilə yaxındır sahibkarlıq fəaliyyəti ilə məşğul olur, banklardan götürdüyü kredit hesabına biznesini “BUTA market” əlil biznesi səviyyəsində qurub . Düzdür, kiçik bir market deputatların , məmurların obyektləri ilə analogiyada dəryada damla kimi görünür, amma, “ANS-çilər” demiş, vergi verən mərd olar! Gözdən əlil fərdi sahibkar Asəf Babaşov ötən il dövlət büdcəsinə 241 min manat (!) vergi ödəyib! Başqa sözlə, bir aya 20 mindən də çox! 20 min 100 manatın 81 manatdan 250 dəfədən də çox olduğunu hesablamaq isə iqtisadçı deputatlara, məmurlara çətin olmaz. Hələ bu harasıdır? Gözdən əlil sahibkar 30-a yaxın şəxsi də işlə təmin edib , xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, Qarabağ əlillərinin müalicəsinə yardım göstərir. Ağsuda və yaxın bölgələrdə “POS terminal”ı olan bəlkə də yeganə marketdir. Buna baxmayaraq, Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi illik 241 min manat vergi ödəyən gözdən əlil fərdi sahibkarın az vergi ödədiyini əsas tutub (??), pik saatlarında, əhalinin pensiyaları verilən çağda 24-26 may 2019-cu il cümə-bazar günlərində yoxlama təşkil edib, xronometraj tətbiq edərək, vergidən yayınma ittihamı ilə cinayət işi başlanılması ilə qorxudublar. Yaxşı ki, vergilər naziri Mikayıl Cabbarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəisi Orxan Məmmədov sahibkarın dostu kimi davranıb, görəvlərini yerinə yetirdilər. Yoxsa, gözdən əlil sahibkarın gözləri indi yol çəkirdi.

Millətə vəkillik edənin hiper-super obyektlərinin ödədiyi illik 972 manata baxın, gözdən əlil fərdi sahibkarın ödədiyi 241 manat illik vergiyə baxın və. ..

Deyin, bu dünya gididir, yoxsa ?

Məğrur Bədəlsoy
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət