Axtarış...

“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?



"Qarabağ"ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirdiyi "Azərsun Arena" təmirə bağlanır.

Qol.az- xəbər verir ki,klubun baş meneceri Asif Əsgərov məlumat verib. O deyib ki, arenanın ot örtüyünün dəyişdirilməsi və digər texniki işlərlə əlaqədar avqustun sonu, sentyabrın əvvəlindən stadion təmirə dayanacaq.

Or ortüyündəki işlərin bu il noyabrın ortalarına qədər başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində isə komanda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Qeyd edək ki, "Qarabağ" avqustun 25-də "Qəbələ" ilə Premyer Liqa oyununa "Azərsun Arena"da keçirəcək. Daha sonrakı ev matçları isə "Tofiq Bəhramov"da olacaq.



Şərh yaz